Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Avq

                                                     “ŞƏHİD BULAĞI” İSTİFADƏYƏ VERİLİB

    Əvvəlcə Tərtər rayonunun Kəbirli kəndində 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Hüseynov Elnur Əhliman oğlunun xatirəsinə inşa edilən bulağın açılışı olub.
    Tədbirdə Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinin rəisi Elşən Abdullayev, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Karantin qaydalarına uyğun təşkil olunan açılış mərasimində çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid Elnur Hüseynovun qısa, lakin şərəfli həyat yolundan danışıb, ötən ilin sentyabrın 27-də başlanan və qısa müddətdə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən bəhs edib.
    Göstərib ki, şərəfli döyüş yolu keçən və noyabrın 14-də Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olan Elnur Hüseynov və onun kimi oğullarımızın xatirəsi heç vaxt unudulmayacaq.
    Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin Sərəncamı ilə Elnur Hüseynov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
    Sonra 2020-ci ilin oktyabr ayının 24-də Tərtər rayonunun Kəbirli kəndinə erməni silahlı birləşmələri tərəfindən qadağan olunmuş Smerç raketinin atılması nəticəsində şəhid olmuş 2004-cü il təvəllüdlü Xoruzlu kənd sakini İsma-yılzadə Orxan Rəhbər oğlunun xatirəsinə tikilmiş bulağın açılışı olub.
    Tədbir iştirakçıları əvvəlcə kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidə önünə gül-çiçək dəstələri qoyub, Vətən uğrunda şəhid olan oğulların xatirəsini ehtiramla yad ediblər.
    Tədbirdə çıxış edən rayon rəhbəri bildirib ki, 44 gün davam edən Vətən müharibəsi dövründə məkrli düşmən müharibənin aparılmasının beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydalarını pozaraq, dəfələrlə Tərtər şəhəri də daxil olmaqla 40 yaşayış məntəqəmizə 16 min 277 top, tank, “Qrad” mərmisi, 21 qadağan olunmuş raket atıb. Bunun nəticəsində 16 nəfər mülki şəxs şəhid olub, 63 nəfər isə yaralanıb. Ancaq tərtərlilər şəhidlər versə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər.
    Açılış mərasimindən sonra şəhid ailələri və kənd sakinləri ilə görüşən rayon rəhbəri onların qayğıları ilə maraqlanıb.

    Müəllif: Redaktor, 09:36

İsmarıclar bağlıdır.