Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Avq

    Oğuz türklərinin qədim yurd yeri-Qarakilsə rayonu Sisyan Zəngəzur mahalının ən böyük rayonudur. Mahalın ərazisinin çoxu bu rayonun payına düşür.
    Sahəsi 1719 kv.kmdir. Coğrafi yerləşməsi cənub-şərqdən Gorus rayonu, cənubdan Qafan rayonu, şimal-qərbdən Dərələyəz (Vayk) mahalı və Naxçıvan MR ilə sərhəddir. Rayon Zəngəzur və Bərgüşad dağ silsilələrinin arasında yerləşir, dəniz səviyyəsindən 1400-2300 m. hündürlükdədir, dəniz səviyyəsindən ən yüksək nöqtə İşıqlı dağının zirvəsidir (3552 m.).
    XX əsrin əvvəllərində rayonda 76 yaşayış məntəqəsinin 58-də azərbaycanlılar yaşayırdı. XX əsrin II yarısından bu göstərici kəskin şəkildə azaldı,nəticədə 1988-ci ildə azərbaycanlılar qovulana qədər mövcud 38 yaşayış məntəqəsinin11-i azərbaycanlılara məxsus idi. Qalan yaşayış məntəqələrini ermənilər ələ keçirmiş, 38-i isə xarabalığa çevrilmişdir.
    1886-cı ildə Sisyanda 21072, 1922-ci ildə 21586, 1986-cı ildə isə 34000 nəfər insan qeydə alınmışdır. Onların 70-80%-i azərbaycanlı olmuşdur.
    1922-ci ildə 18593 nəfər erməni olduğu halda, cəmi 2808 nəfər azərbaycanlı öz kəndinə qayıtmış və 1931-ci ildə müvafiq surətdə 21716 nəfər erməni, 4608 nəfər azərbaycanlı əhalisi olmuşdur.
    1976-cı ildə 31685 nəfər əhalinin 28%, yəni 9242 nəfəri azərbaycanlı olmuşdur. 1988-ci ildə Ermənistan bü-tün azərbaycanlılar yaşayan rayonlarda olduğu kimi, eyni ssenari ilə hökumət səviyyəsində qanlı qırğınlarla bütün azərbaycanlıları bir həftə ərzində öz doğma yurdlarından qovdular. Nəticədə, zaman-zaman əcdadlarımızın yaşadıqları yaşayış məntəqələri dağıdılmış, ya da erməniləşdirilmişdir.
    Sisyan (Qarakilsə) mahalı maraqlı tarixə malikdir. «Alban tarixi»ndə qədim və orta əsr erməni yazılı mənbələrində, VII-XI əsr ərəb və İran mənbələrində, « Erməni sovet ensiklopedi-yalarının tarixi coğrafiyası» kitabında və başqa dəyərli mənbələrdə Sisyan (Sünik) mahalının tarixi, etnik tərkibi, Babək hərəkatı ilə bağlı olması və qonşu dövlətlərin maraq dairəsinə çevrilməsi geniş işıqlandırılmışdır. Başqa sözlə desək, «…Səfəvilər hakimiyyəti dövründə (XVII-XIX yüzilliklər) bu mahal ayrıca məliklik olmuşdur. 1813-cü ildə Rusiya-İran arasında bağlanılan Gülüstan müqaviləsinə əsasən Zəngəzur (həm də Sisyan rayonunun ərazisi) Rusiyaya verilmişdir. 1922-30-cu illərdə İranın Xoy, Salmas və başqa qəzalarından çoxlu miqdarda erməni mühacir köçüb gəlib, Sisyan rayonunun ərazisində məskunlaşmışdır. XIX yüzilliyin ikinci yarısından XX yüzilliyin əvvəllərinə qədər Sisyan rayonu ərazisi Gəncə quberniyasının Zəngəzur qəzasının tərkibində olmuşdur ».
    Sisakan sözü sakların yaşadığı dağüstü meşəli kənd mənasındadır.
    Sisyan rayonu Qafan və Gorusla Naxçıvan arasında dəmir yolu ilə gətirilən malların çatdırılmasında körpü rolunu oynamışdır. Rəqəmlərə diqqət yetirdikdə aydın olur ki, Sisyandan Naxçıvana 110 km, Qafana 100 km. Yerevana isə 227 kmdir.
    Sisyan Qərbi Azərbaycanın ən gözəl guşələrindən sayılır. Zəngəzur Mahalı tarixən Qərbi Azərbaycanın ən öndə gedən bölgələrindən biri olmuş, erməni vəhşiliyinin acı nəticələrini görmüşdür. Bu mahalın sərt iqlimi, yağı düşmən qonşu ilə tez-tez qarşılaşması bölgənin insanlarını zəhmət-keş, mübariz, dəyanətli, xeyirxah olmağa sövq etmişdir.
    Sənətindən, peşəsindən, təhsilindən, mövqeyindən, imkanından asılı olmayaraq burada insanlar milli qüruru, zəngin mənəviyyatı hər şeydən üstün tutmuş, Vətənin, Ana torpağın ləyaqətli övladları olmuşlar.

     

    Müəllif: Redaktor, 09:43

İsmarıclar bağlıdır.