Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 03Sen

    Azad olunmuş torpaqlarımızda dağıdılmış yaşayış məntəqələrinin, şəhərlərin, kəndlərin bərpası surətlə davam edir. Tez-tez informasiya vasitələrindən burada görülən işlər insanlar tərəfindən diqqətlə izlənilir. Cənab Prezident şəxsən özü görülən işlərlə yerində tanış olmaq məqsədilə rayolara səfərlər edir. Bir məqam da diqqət çəkir ki, mədəniyyət abidələri əvvəlki formasında yenidən restavrasiya olunur. Mədəni, tarixi irsimiz bərpa olunmaqla qorunub saxlanılr. Bu qəbildən olan abidələrdən biri kimi İlham Əliyev Molla Pənah Vaqifin məqbərəsinin bərpa edildikdən sonra açılışında iştirak etməsi əlamətdar hadisədir. 30 avqust 2021-ci ildə məqbərənin önündə həm də Vaqif Poeziya Günləri tədbiri keçirildi.

    Tədbirdə iştirak edən cənab Prezident məqbərənin ucaldılması haqda qərarın Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyini və açılışının da 1982-ci ilin yanvarın 14-də Onun tərəfindən həyata keçirildiyini bildirdi.O dövrki tarixə diqqət çəkən Prezident Sovet ideologiyasının tüğyan etdiyi bir siyasi şəraitdə şair olmaqla bərabərhəm də dövlət xadimi olan Molla Pənah Vaqifə belə bir abidənin ucaldılması Heydər Əliyevin qətiyyətli siyasi iradəsinin nəticəsində baş verdi. Eyni zamanda bir maraqlı məqam da ondan ibarətdir ki, o dövrdə ermənilər Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olan Şuşa şəhərinə iddialı idilər.Məhz belə bir şəraitdə qarlı, şaxtalı qış ayında abidənin açılışı məqsədilə Heydər Əliyevin Şuşaya gəlməsi bu iddiaları alt-üst etdi. Şuşanın Azərbaycanın qədim şəhəri olduğunu bir daha tanıtdı. Prezident kövrək notlarla atasının 59 yaşında açılışını etdiyi məqbərənin indi onun 59 yaşında bərpadan sonra xalqına təqdim etməsini qeyd edərək tədbirə xüsusi rəng qatmış oldu. İlham Əliyevin xalqımızın tarixinə, mədəni irsinə verdiyi qiymət ona Ulu Öndərin “layiqli davamçısı” statusunu qazandırdı. Bu status ona xalq tərəfindən verildi ki, indiyədək də xalq tərəfindən dəstəklənməkdədir.

    Abidənin bərpası Heydər Əliyev Fondunun vəsaiti hesabına həyata keçirilmişdir. Eyni zamanda həm “Xarıbülbül” festifalının, həm də Vaqif Poeziya Günlərinin keçirilməsi Fondun təşkilatçılığı ilə həyata keçirilmişdir. Prezident uzun illərdən sonra bu cür mədəni tədbirlərimizin yenidən qeyd edilməsini qürur hissi vurğuladı və Şuşa şəhərində yanvar ayından başlanan bərpa işləri nəticəsində xeyli quruculuq bərpa işlərinin görüldüyü qeyd etdi. Bildiyimiz kimi, qısa vaxt ərzində şəhərdə “Xarıbülbül”və“Qarabağ” hotelinin istifadəyə verilməsi, elektrik və su təsərrüfatının bərpa edilməsi, Yuxarı Gövhərağa məscidinin təmiri, dahi şəxsiyyətlərimiz olan Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin büstlərinin yenidən qurulması yüksək səviyyədə təmin edilmişdir. Eyni zamanda burada yaşayış evlərinin, digər 2 məsciddə təmir işlərinin davam etməsi, magistral yolların çəkilişi surətlə davam edir. Cənab Prezident gələcək planlar barədə də bir-neçə məqama toxundu. Qalib Komandan səsilə bəyan etdi ki, düşmənin qondarma parlament binasının yerləşdiyi yerdə 5 ulduzlu otel tikiləcək, ətrafında yeni yaşayış kompleksi salınacaqdır. Eyni zamanda 1752-ci ildə Pənahəli xan tərəfindən əsası qoyulmuş Şuşa şəhərinin gələn il 270-ci ildönümü qeyd ediləcəkdir. Gücünü xalqdan alan Ölkə rəhbəri hər dəfə yaşadığı günlərin sevinc hissini xalqı ilə bölüşür və bu da onun üçün gələcək işlərində bir stimula çevrilir.

    44 günlük Zəfər müharibəsinin tarixinə nəzər salan Prezident ikili standartlarla yanaşmanın mövcud olduğu beynəlxalq münasibətlər sistemində münaqişənin danışıqlar yolu ilə həll variantının mümkünsüz olması həddinə çatdığını qeyd etdi. Həqiqətən hər dəfə müxtəlif bəhanələrlə münaqişənin dondurulmasına cəhd göstərən erməni tərəfinə beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən təsir göstərilmirdi. Əksinə danışıqlar prosesinin uzadılması prosesi gedirdi. Ancaq Azərbaycan bu beynəlxalq ədalətsizliyə son qoydu. Dəmir yumruq kimi Ali Baş Komandanın ətrafında birləşərək mənfur düşməni ata-baba yurdundan qovdu. 90-cı illərdə Ölkəmizə rəhbərlik etmiş siyasi hakimiyyətin yarıtmaz idarəçiyinin nəticəsində bir-neçə il müddətə işğal edilmiş torpaqlarımız 44 gün ərzində geri qaytarıldı. Bu gün hər bir azərbaycanlı qürur hissi ilə yaşayır. Ona görə ki, onun qeyrət rəmzi olan güclü ordusu, inkişaf etmiş dövləti və möhkəm siyasi iradəyə malik lideri vardır.

     

    Müəllif: Redaktor, 09:01

İsmarıclar bağlıdır.