Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Sen

    “Azərbaycan Respublikasında “COVID-19” xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Stra-tegiyası”na uyğun olaraq Tərtər rayonunda əhalinin peyvənd olunması kampaniyası uğurla davam edir.
    Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon mərkəzi xəstəxanasının həkim heyyəti rayon mərkəzi ilə yanaşı, kənd yaşayış məntəqələrində də əhalinin gündəlik vaksinasiyadan keçirilməsini təmin edir.
    İndiyədək rayon sakinlərinə 57 min 714 doza vaksin vurulub. Birinci doza üzrə vaksinasiya olunanların sayı 34 min 126, ikinci doza üzrə vaksinasiya olunanların sayı isə 23 min 588 nəfərdir. Bu gün Tərtər rayonunun birinci doza üzrə vaksinləşmə səviyyəsi 53 % təşkil edir.
    Əhali arasında aparılan maarifləndirmə tədbirləri öz nəticəsini verir, sakinlər özləri vaksin olunmaq üçün rayon mərkəzi xəstəxanasına və yaşayış məntəqələrindəki tibb müəssisələrinə müraciət edirlər.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vaksinasiya prosesinin gedişi ilə tanış olmaq üçün mərkəzi rayon xəstəxanasında olub, vaksin vurdurmaq üçün xəstəxanaya gələn sakinlərin qayğıları ilə maraqlanıb.
    Vaksinləşmə prosesinə könüllü olaraq qatılan sakinlər onların sağlamlıqlarının qayğısına qaldıqlarına və yaradılan şəraitə görə öz razılıqlarını bildiriblər.

    Müəllif: Redaktor, 09:58

İsmarıclar bağlıdır.