Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Sen

    Sülh dinclik, əmin-amanlıq, qurub-yaratmaq, sosial, iqtisadi və mədəni inkişaf deməkdir. Ona görə də dünya ölkələrinin yekdil qərarı ilə BMT 1981-ci ildə 21 sentyabrın Beynəlxalq Sülh Günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir. İnsanları sülhə, sabitliyə, təhlükəsizliyə çağıran bu gün BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında quraşdırılan “Sülh zəngi”nin çalınması ilə başlayır. Yaponiya parlamentinin bütün dünya xalqlarına hədiyyəsi olan bu zəngin üzərində yazılmış “Yaşasın Mütləq Dünya Sülhü” sözləri sanki bəşəriyyətin qorunması, silahların susdurulması, sa-kini olduğumuz dünyamızda əmin-amanlığın təminatı üçün həyəcan siqnalıdır. Məhz bu gündə həmin zəng çalınaraq qan-qada gətirən döyüşləri 24 saat ərzində dayandırmağa, münaqişə və müharibələr zamanı həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasına çağırış edir.
    Təəssüf ki, sülhsevər xalqlardan biri olan, dünyanın ən tolerant ölkəsinin vətəndaşları Ermənistanın ölkəmizə təcavüzü nəticəsində öz Vətənlərində didərginə dönmüşdülər. Bu illərdə Azərbaycan həmişə münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində mühüm addımlar atmışdı.
    Lakin riyakar ermənistan bu çağrışlara məhəl qoymamış, ərazilərimizdə işğala son qoymaqdan imtina etmişdir. Nəhayət, 1920-ci il sentyabrın 27-də erməni ordusunun hücumuna cavab olaraq Azərbaycan Ordusu əks-hücuma keçmiş və 44 günlük müharibədən sonra tarixi zəfər çalmış, öz torpaqlarını erməni işğalından azad edərək Azərbaycanın ərazi bütövlüyünü təmin etmişdir. İndi bu torpaqlarda sülh və əmin-amanlıq şəraitində geniş quruculuq işləri davam edir.

    Müəllif: Redaktor, 09:29

İsmarıclar bağlıdır.