Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Sen

                                                         Qənbərli Qənbər Bəhruz oğlu

    Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin, YAP Tərtər rayon təşkilatının, SHXÇDX-nin Tərtər rayon şöbəsinin nümayəndələri, və qazilər şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüblər. Sonra nümayəndələr şəhidin yaşadığı evə gedərək ailəsinin qayğıları ilə maraqlanıblar.
    Qənbərli Qənbər Bəhruz oğlu 1993-cü il sentyabrın 10-da Tərtər rayonunun Kəngərli kəndində anadan olub. Ailəliydi. Bir qız övladı yadigar qalıb.
    Azərbaycan Ordusunun baş leytenantı olan Qənbər Qənbərli ermənilərin işğalı altındakı ərazilərin azad edilməsi uğrunda gedən döyüşlərdə sentyabrın 27-də şəhid olub. Murovdağ istiqamətində gedən gərgin döyüşlərdə şəhid olan Qənbər Qənbərlinin nəşi uzun müddət tapılmayıb. 22 may 2021-ci ildə nəşi tapılaraq Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub.
    Döyüş əməliyyatlarında hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Qənbər Qənbərli ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
    Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə razılıqlarını bildiriblər.

     

    Müəllif: Redaktor, 10:43

İsmarıclar bağlıdır.