Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Sen

                                                               Məmmədli Sənan Səlim oğlu

    Tərtər rayonunun Qaradağlı kəndindən olan, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Məmmədli Sənan Səlim oğlunun ad günündə xatirəsinə inşa edilən bulağın açılışı olub.
    Tədbirdə Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Karantin qaydalarına uyğun təşkil olunan açılış mərasimində çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid Sənan Məmmədlinin qısa, lakin şərəfli və örnək olan həyat yolundan danışıb. Sonra o, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və 44 gün ərzində başa çatan qələbənin tarixi əhəmiyyətini qeyd edib.
    Qeyd olunub ki, şərəfli döyüş yolu keçən və oktyabrın 19-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan Sənan Məmmədli və onun kimi oğullarımızın xatirəsi heç vaxt unudulmayacaq. Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Məmmədli Sənan Səlim oğlu ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına gö-rə” medalları ilə təltif edilib.
    Tədbirdə çıxış edən rayon rəhbəri bildirib ki, Vətən müharibəsi dövründə məkrli düşmən müharibənin aparılmasının beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydalarını pozaraq Tərtər şəhəri də daxil olmaqla 40 yaşayış məntəqəmizə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb. Bunun nəticəsində 16 nəfər mülki şəxs şəhid olub, 63 nəfər isə yaralanıb. Ancaq tərtərlilər evləri dağılsa da, şəhidlər verilsə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər.
    Milli Məclisin deputatı Sahib Alıyev çıxış edərək Vətən müharibəsində Milli Ordumuzun göstərdiyi döyüş şücaətindən, xalq-iqtidar-ordu birliyindən danı-şaraq, Azərbaycan əsgərinin məğlubedilməzliyini, qalib əsgər olduğunu dilə gətirdi.
    Şəhidin atası Səlim Məm-mədov və anası Rəsmiyyə Məmmədova çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.
    Sonra məktəblilərin ifasında şəhidlərə həsr olunmuş şeirlər dinlənildi.
    Açılış mərasimindən sonra rayon rəhbəri və deputat tədbir iştirakçıları ilə birgə kənd qəbiristanlığında dəfn olunmuş birinci Qarabağ və Vətən Müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib, önünə gül dəstələri qoyublar.

     

    Müəllif: Redaktor, 10:47

İsmarıclar bağlıdır.