Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Sen

                                                   Xədicə Məmmədova-634 bal

    İnsan dünyaya göz açanda yazılmamış vərəqi xatırladır. Böyüdükcə ilk sətirlər yazılmağa başlayır. İnsan ömrünə yazılan sətirlərin ən ürəyə yatanı, işıq saçanı orta məktəb illəridir. Hansıki bu illərdə elmlərin açarını qazanırsan. Elə bir açar ki, həyat yolundakı bütün qapıları aça bilmək üçün yalnız ondan istifadə olunur. 11 il istisinə, soyuğuna öyrəşdiyimiz doğma məktəbdə ürəklərinin odunu, gözlərinin işığını şagirdləri üçün şam edən müəllimlərdən öyrənərək müstəqil həyatda ayaq üstə dayanmağı bacarırıq. Hər il yüzlərlə məzunlarımız tələbə adı qazanaraq valideynlərinə, müəllimlərinə sevinc bəxş edirlər.
    Məmmədova Xədicə İlqar qızı 2020-2021-ci tədris ilində 1 saylı tam orta məktəbin məzunlarından biri olmuşdur. O, orta məktəbi müvəffəqiyyətlə bitirmiş, qəbul imtahanında rayonumuz üzrə ən yüksək bal toplamışdı – 634 bal. Bu, müstəqil həyatda Xədicənin ilk – həm də yüksək uğurudur. Sevincinin həddi-hüdudu yoxdur. 11 il çəkdiyi əziyyət öz gözəl bəhrəsini verib. Valideynlərinin və müəllimlərinin etimadını doğruldub.Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsinə qəbul olub. Özü isə bu barədə deyir:
    –Mən aşağı siniflərdə təhsil alanda bir neçə dil öyrənmək arzusunda idim, ona görə də ingilis dili müəllimi olmaq istəyirdim. Doqquzuncu sinfi bitirdikdən sonra düşündüm ki, bütün sahələrdə dil bilmək vacibdir. Amma cəmiyyətimizdə insan hüquqlarının müdafiəçisi olmaq şərəflidir. Ona görə də 10-11-ci siniflərdə hüquqşünas olmaq istəyim daha da gücləndi. Çox şükür, indi arzuma çatmaq üçün birinci uğurlu addımı atmışam – hüquq fakültəsinə qəbul olmuşam. Çalışacağam ki, universiteti əla qiymətlərlə bitirib savadlı bir hüquqşunas olam. Qazandığım müvəffəqiyyət üçün mənə dayaq olan valideynlərimə və zəhməti olan bütün müəllimlərimə öz təşəkkürümü və minnətdarlığımı bildirirəm.
    Xədicə təhsil aldığı orta məktəbdə nümunəvi şagirdlərdən olub. O, ictimai işlərdə və məktəblərarası fənn olimpiadalarında iştirakcı olub. Onun təhsildəki uğurları həm məktəbin rəhbərliyi, həm də rayon təhsil şöbəsi tərəfindən fəxri fərmanla və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
    Biz də Universitetdəki təhsil illərində Xədicəyə bol-bol uğur arzulayırıq, onu ürəkdən təbrik edirik!

    Müəllif: Redaktor, 09:35

İsmarıclar bağlıdır.