Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Sen

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti ilə ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) prezidentinin rəhbərlik etdiyi və Assosiasiyanın Baş katibi müşavirinin iştirakı ilə nümayəndə heyəti Tərtər rayonunda olub. Qonaqlar əvvəlcə Mərkəzi Meydanda Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
    Nümayəndə heyəti Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən ən çox atəşə məruz qalan Tərtərdə faktaraşdırıcı missiya həyata keçirib.
    Səfər zamanı Tərtərdə Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalmış yaşayış evinə və rayona atılmış qadağan edilmiş raketlərin qalıqlarına baxış keçirilib.
    Nümayəndə heyəti sonra ermənilərin Azərbaycana qarşı ərazi iddialarını ifşa edən “Marağa-150” abidəsi ilə tanış olublar. Bildirilib ki, ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə köçürülməsini sübut edən tarixi mənbələrdən olan “Marağa–150” abidəsi İranın Marağa ərazisindən Qarabağa köçürülmələrinin 150 illiyi münasibətilə 1978-ci ildə onların özləri tərəfindən inşa edilib.XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa-150” abidəsi qəsdən dağıdılıb. Çünki o, ermənilərin əzəli Azərbaycan torpağı olan Qarabağa köçürülməsinin əyani sübutu idi. Qonaqlar ermənilərin Qarabağa köçürülmələrini təsdiqləyən, həmçinin “Marağa-150” abidəsi ilə bağlı tarixi sənəd, məlumat və fotolardan ibarət stendlərə baxıblar.

     

    Müəllif: Redaktor, 10:16

İsmarıclar bağlıdır.