Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Sen

    Səfər çərçivəsində qonaq Tərtər rayon İcra Hakimiyyətinin İnzibati binasında Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb. Rayon rəhbəri konsula rayon haqqında məlumat verməzdən öncə Ulu Öndərin “Azərbaycan ilə Türkiyənin bir millət, iki dövlət olması” fikrini dilə gətirdi.
    Sonra rayon rəhbəri bildirdi ki, müharibənin vurduğu ciddi ziyanlara baxmayaraq Tərtər rayonu günü-gündən böyüyür, gözəlləşir, rayonda geniş tikinti-abadlıq işləri aparılır, yeni binalar, sosial obyektlər tikilir. Yaşıllıq zolaqları salınır, yollar çəkilir.
    Sonra konsul hər iki dövləti bir-birinə bağlayan dostluq və qardaşlıq münasibətlərindən danışdı. Səmimi qəbula və ətraflı məlumata görə öz minnətdarlığını ifadə etdi.
    Baş Konsul Tərtər rayon Tarix-diyarşünaslıq müzeyinə baş çəkib. İcra başçısı muzeydə Nuru Paşanın 1918-ci ildə Tərtərə gəlməsindən və onun burda təmtəraqla qarşılanmasından, sonra Tərtər rayonunda yerləşən 24 tarixi abidənin 1-i olan dünya əhəmiyyətli Bor-sunlu kurqanlarından danı-şıb. Görüş səmimi və yaddaqalan keçib.
    Baş konsul Zəki Öztürk də öz növbəsində Tərtərdə olmaqdan məmunluğunu bildirib. Deyib ki, Tərtər səfərinin məqsədi iki ölkə arasında dayanıqlı əməkdaş-lığı inkişaf etdirmək üçün qarşılıqlı maraq kəsb edən sahələri qiymətləndirməkdir.
    Görüşün sonunda tərəflər bir-birlərinə xatirə hədiyyələri bağışlayıblar.

     

    Müəllif: Redaktor, 10:20

İsmarıclar bağlıdır.