Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Okt

                                                                      İSLAMDA ŞƏHİDLİK ZİRVƏSİ

    Vətən, millət uğrunda döyüşərkən həlak olanlara şəhid, sağ qalanlara isə qazi deyilir. “Şəhid” ərəb mənşəli kəlmə olub xəbər verən, bildiyini söyləyən, hazır olan və hadisəyə şahidlik edən anlamını ifadə edir. İslam alimlərinin fikrincə, ölkənin müstəqilliyini, ərazi bütövlüyünü və əhalisinin mühafizəsini, malını, şərəf və namusunu müdafiə zamanı canını fəda edənlər şəhiddirlər. Tanrı dərgahında şəhidlik mərtəbəsi peyğəmbərlikdən sonra ən yüksək zirvədir. Şəhidlərin Allah qatındakı məqamı ilə bağlı Qurani-Kərimdə buyurulur: “Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz” (Bəqərə, 154).
    Şəhidlik, həmçinin günahların bağışlanmasına vəsilə olan fəzilətli əməldir. Bununla bağlı Həzrət Məhəmməd (s) demişdir: “Şəhidin qul borcundan başqa, bütün günahlarını Allah bağışlayır”.
    Rəbbimiz müqəddəs amallar uğrunda canını qurban verən salehlərlə yanaşı, vuruşub öldürən möminləri də cənnətlə müjdələyir. İslam alimləri şəhidliyi iki növə bölmüşlər:
    Sevimli Peyğəmbərimiz (s) qeyd edir ki, mən qiyamət günündə şəhidlərin Allah yolunda canlarını sevərək fəda etdiklərinə şahidlik edəcəyəm. Bəşər tarixində ilk şəhid Həzrət Adəmin (ə) oğlu Həzrət Habildir (ə). Əbədi ölməzlik və kamil şəhidlik zirvəsi isə İmam Hüseynə (ə) məxsusdur.
    Şəhidlik məqamının Allahın bəxş etdiyi böyük nemət olması barədə Qurani-Kərimdə buyurulur: “Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər” (Ali-İmran, 170).
    Şəhidlik, eyni zamanda, insanın edə biləcəyi ən yax-şı əməldir ki, bunun vasitəsilə günahları bağışlanıb axirət səadətinə qovuşa bilər.
    Şəhadət məktəbində şəhid olan insanları Allah yüksək qiymətləndirir. Di-nimizdə təcavüzlə şəhid adı almaq mümkün deyil. Bir şəxs ki, digər ölkələri zəbt edərkən həlak olur, onu şəhid adlandırmaq olmaz. İslamın bu cür hərəkətlərə rəğbəti yoxdur.
    Böyük Türk milləti “Ölsəm şəhid, qalsam qa-zi”, “Torpaq – uğrunda ölən varsa, Vətəndir” şüarları ilə tarixdə zəfərlər qazanmışdır. Tarix boyunca şəhidlik xalqımızın mənliyində yaşayan yüksək əxlaqi keyfiyyət olmuşdur. Xalqımız Vətən və müqəddəs dəyərlər naminə həmişə döyüşmüş, bu yolda ölməyi yaşamaqdan üstün tutmuşdur.
    Ulu babalarımız döyüşə gedərkən şəhid olmaq üçün Allaha yalvarırdılar, bu uca məqama nail olmadıqda isə qəhrəmanlıq şərəfi ilə təsəlli tapırdılar. “Şəhadət şərbətini içmək” onların sarsılmaz imanı idi.
    Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələrini yaşatmaq, ruhlarına dualar oxumaq hər azərbaycanlının vətəndaş borcudur.

     

    Müəllif: Redaktor, 09:19

İsmarıclar bağlıdır.