Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Okt

                                                                 UMUDLUDAN BAŞLANAN ÖMÜR YOLU

    Yaşadığımız cəmiyyətdə hər kəsin öz yeri, öz məşğuliyyəti, öz mövqeyi var və bu cəmiyyət hamı üçündür. Yaşlı insanlarımızın həyat təcrübəsindən, onların bilik və bacarıqlarından bəhrələnmək hər birimizin borcudur. Adsanı ilə tanınan, ləyaqətlə yaşayan, həyat təcrübəsi ilə yeni nəsillərə nümunə olan ahıllar həmişə hörmətə layiqdirlər. Hələ keçmişlərdən ağsaqqal, ahıl insanlarımız müdrik və hörmətli adamlar hesab olunublar. Yaşlı insanlarımızın həyat təcrübəsi gənc nəslin sərvəti sayılır. Onların məsləhətlərinə qulaq asmaq, dediklərinə əməl etməklə həmin sərvətə nail olmaq mümkündür. Yaşlı insanların təcrübəsi əvəzolunmazdır. Bu gün fəxrlə deyə bilərik ki, bizim cəmiyyətimizdə yaşlı insanlarımıza hərtərəfli hörmət və qayğı göstərilir.Belə ahıllarımızdan biri də bütün ömrünü ləyaqətlə yaşamış, oğul-qız, nəvə-nəticə əhatəsində ömrünün ən gözəl çağını – ahıllıq dövrünü yaşayan Vəkil Ağayevdir. Hələ sovet dönəmində Vəkil Ağayev rayonumuzun nüfuzlu, sayılıb-seçilən insanlarından olub. “Ahıllar Günü” münasibəti ilə yazmaq barədə fikirləşəndə yadıma Vəkil Ağayev düşdü. Bu məqsədlə telefon əlaqəsi saxladım, haqqında yazmaq istədiyimi bildirdim. Vəkil müəllim tərəddüd etmədən razılıq verdi. Redaksiyamızda görüşdük. Ömründən keçən illər onu çox dəyişmişdi… Hiss etdim ki, məni tanımadı. Yaxşı yadımdadır ki, rayon istehlak cəmiyyətində keçirdiyi bir neçə tədbirdə mən də iştirak edirdim ( rayon icraiyyə komitəsinin nümayəndəsi kimi).
    Hal-əhval tutandan sonra bəzi suallarla ona müraciət etdim. İlk olaraq həyatından danışmasını xahiş etdim.
    Bildirdi ki, 1943-cü ilin yanvar ayının 5-də Umudlu kəndində anadan olub. 5-6 yaşlarında olarkən ata-anası ilə birgə Tərtərə köçərək burada yaşamalı olublar. Ailənin 2 övladı olub. İlk təhsilini Tərtər şəhər 3 saylı məktəbdə alıb, sonra isə 1 saylı məktəbdə davam etdirib. Orta məktəbi bitirdikdən sonra Kənd Təsərrüfatı İnstitutuna imtahan versə də, qəbul ola bilməyib. 1961-ci ildə rayon istehlak cəmiyyətində mühasib köməkçisi kimi fəaliyyətə başlayıb. Gənc Vəkilin işgüzarlığı və bacarığı rəhbərliyin diqqətini cəlb edir. 1 ildən sonra onu yoxlayıcı-mühasib vəzifəsinə dəyişirlər. Bir neçə il bu işdə çalışdıqdan sonra onu istehlak cəmiyyəti həmkarlar komitəsinin sədri seçirlər. Çalışdığı idarədəki işgüzarlığı və ictimai işlərdəki fəaliyyəti nəzərə alınaraq həmin təşkilatda ticarət şöbəsinə müdir təyin edirlər.
    Vəkil Ağayev təhsil almanın heç vaxt gec olmadığını və ali təhsilin vacibliyini düşünərək 1972-ci ildə Moskva Kooperativ İnstitutunun Bakı filialının qiyabi İqtisad fakültəsinə qəbul olunur. 1976-ci ildə həmin institutu bitirir.
    Demək olar ki, Vəkil Ağayevin əmək fəaliyyətini ticarət sahəsində rəhbər vəzifələr təşkil eidib. Rayonda ictimai iaşə müəssisələri birliyinin direktoru, istehlak cəmiyyətində ticarətin təşkili şöbəsinə müdir vəzifəsinə təyin olunub. 1990-cı ildə Ticarət Nazirliyin Tərtər şəhər Təsərrüfathesablı ticarət müəssisəsində müdir vəzifəsində işləyib. Sonralar rayon istehlak cəmiyyətinin sədri təyin edilib. 2006-cı ilə kimi bu vəzifədə çalışıb. 2006-cı ildə təqaüdə çıxıb.
    Vəkil Ağayev həm də gözəl ailə başçısıdır. Həyat yoldaşı Zülfida ilə birlikdə 4 övlad böyüdüblər – Azər, Vüqar, Babək və Əsmər. Hər biri ali təhsil alıb. Əsmərlə Vüqar Bakı şəhərində, Azərlə Babək ata –anası ilə bir yerdə Tərtər şəhərində yaşayırlar. Övladlarının xoş günlərini gördükcə, onların qayğı və diqqətini öz üzərində hiss etdikcə rahatlıq tapır. 6 nəvəsi, 1 nəticəsi var.
    Vəkil Agayevin Umudludan başlanan ömrünün indi ən şirin və barlı-bəhrəli çaglarıdır. Onun bari-bəhəri balaları, nəvələri və nəticələridir. Birdə el içində qazandığı hörmətdir.
    Redaksiyamıza gəldiyinə və suallarımıza ətraflı cavab verdiyinə görə Vəkil Ağayevə minnətdarlığımı bildirirəm, uzun ömür can sağlığı arzulayıram. Və yaxşı ki, belə ahıllarımız var!

    Elfuzə Vəliyeva

     

    Müəllif: Redaktor, 09:29

İsmarıclar bağlıdır.