Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Okt

    Suqovuşan 3 oktyabr 2020-ci il, Azərbaycan silahlı qüvvələri tərəfindən işğaldan azad olundu. Həmin gün Azərbaycan tarixinə qələbə sevinci ilə yazıldı. Şanlı Azərbaycan bayrağı kənddə ucaldıldı. Bu şad xəbəri xalqa Cənab Prezident İlham Əliyev çatdırdı. Azərbaycan xalqı bu qələbə xəbərinə sevindi, bayram etdi. Zəfər tariximizin ən gözəl gününə çevrildi. Suqovuşan qəsəbəsi əvvəllər Ağdərə rayonun inzibati ərazisinə aid olub. 1992-ci ildə Ağdərə ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Suqovuşan qəsəbəsi isə Tərtər rayonuna birləşdirilib.

    Suqovuşan ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub. Lakin 1994-cü ilin aprel ayında mənfur ermənilər yenidən Suqovuşanı işğal edib. Ermənilər kəndi işğal etdikdən sonra burada hərbi hissələr yaradıb. Bütün strateji yüksəkliklərdə, qəsəbəyə gedən düşmən yerləşmişdi. Talış kəndinin və Suqovuşan qəsəbəsinin yerləşdiyi ərazidə düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi və demək olar ki, müharibənin son gününə qədər bu canlı qüvvə digər əməliyyatlarda iştirak edə bilmirdi. Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək şiddətli döyüşlər nəticəsində Talışı və Suqovuşanı işğaldan azad etdi. Suqovuşanın Ermənistan silahlı qüvvələrindən azad olunması ordumuzun uğurlu irəliləməsi üçün böyük əhəmiyyət kəsb edirdi. Müharibənin ilk günündə əldə edilmiş qələbələrdən sonra növbəti yaşayış məntəqələrinin azad edilməsi xalqımıza əlavə güc verdi. Bu, çox əlamətdar hadisə idi, müharibənin ilk günlərində strateji qəsəbəni işğaldan azad etmək böyük uğurdur və əsgərlərimizin döyüş ruhunun yüksəlməsinin səbəbidir.

    Oktyabr 3-ü Prezident İlham Əliyev çıxışında Suqovuşan qəsəbəsinin azad edilməsinin əhəmiyyətini başqa bir aspektdən də vurğuladı. Suqovuşan qəsəbəsində su anbarı və su elektrik stansiyasıda yerləşir. Eyni zamanda qəsəbə həm Ağdərə, həm də Sərsəng su anbarına yaxındır. Bu su anbarı Sərsəng su anbarı ilə bərabər Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə inşa edilmişdir. Bu su anbarlarının əsas məqsədi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarının kənarında yerləşən rayonlara – Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonlara su vermək idi. İşğal dövründə ermənilər yay mövsümündə suyu kəsirdilər, qış mövsümündə isə suyu buraxırdılar. Yayda bizim kəndlilərimiz, fermerlərimiz susuz qalırdı, qışda isə suyu buraxıb daşqınlara səbəb olan təbii fəlakət törədirdilər. Bu il Suqovuşan su anbarından istifadə edilərək 30 il ərzində ilk dəfə olaraq Tərtər və digər rayonlara su verildi. Bu günə qədər suvarılmayan, yaxud da ki, az suvarılan 30 min hektar torpağa bu qəsəbənin azad edilməsi nəticəsində su verilmişdir və indi kanallarda təmir işləri gedir.

    Sərsəng Su Elektrik Stansiyasında istehsal olunan elektrik enrjisinin 60-70 faizini təşkil edirdi. Burada istehsal olunan elektrik enerjisindən Ermənistana da verilirdi. Bölgəni elektrik enerjisi və su ilə təmin etmək üçün Suqovuşan qəsəbəsinin xüsusi əhəmiyyəti var idi. Müharibə zamanı düşmən bu stansiyaları da dağıtmışdır.

    Oktyabrın 3-dən müharibənin son dəqiqələrinə qədər Ermənistan ordusu qorxu içində idi. Təsadüfi deyil ki, Ermənistan ordusunda on mindən çox fərari olmuşdur. Onlar görürdülər ki, bizim qabağımızda dura bilmirlər. Mənasız əməliyyatlar səbəbindən Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti faktiki olaraq qurban kimi verilirdi. On min fərarisi olan ordu, əlbəttə ki, müqavimət göstərə bilməzdi. Ermənistanın keçmiş prezidenti Serjik Sarkisyanın adı erməni fərarilərin içində çəkilir. Bu adam ömrü boyu oğru, cinayətkar, saxtakar, xain, satqın, fərari kimi tanınıb.

    Ermənistanda revanşist hisslərlə yaşayanlar bilməlidir ki, onların bütün niyyətləri boşa çıxacaq və Azərbaycanın dəmir yumruğu ilə rastlaşacaqlar. Əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan adekvat cavablar veriləcəkdir, – deyə dövlət başçısı qeyd edib.

    Dövlət başçımız torpaqlarımızın işğaldan azad edilməsindən ötən müddət ərzində mütəmadi olaraq həmin ərazilərə baş çəkir, quruculuq-bərpa işlərini şəxsən öz nəzarətində saxlayır. Prezidentin işğaldan azad edilmiş ərazilərə hər səfəri Azərbaycanın necə abadlaşdırma-bərpa işlərinə başladığının miqyasını dünyaya göstərmək baxımından önəm daşıyır. Erməni vandallarının 30 il ərzində dağıtdığı, talan etdiyi şəhər və kəndlərimizi indi öz gücümüz hesabına, öz hesablarımızla təmin edirik.

     

    Müəllif: Redaktor, 10:14

İsmarıclar bağlıdır.