Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Okt

    Bildiyimiz kimi 20-ci əsrin əvvəllərində Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. 1991-ci ilin oktyabırın 18-də Ali Sovetin sessiyasında dövlət müstəqilliyi haqqında Konistitutsiya aktı qəbul edildi. Ölkəmizin müstəqilliyi ilk olaraq qardaş Türkiyə Respublikası tərəfindən tanındı. Sonralar Rumıniya, Pakistan, İsveçrə, İran, ABŞ, Rusiya kimi dövlətlər dövlət müstəqilliyimizi tanıdılar. Eyni zamanda 1992-ci ilin mart ayının 2-də Azərbaycan müstəqil bir dövlət olaraq BMT-yə üzv qəbul edildi.

    Dövlət müstəqilliyimizin bərpası o dövrdə Sovetlər Birliyinin dağılması ilə əlaqədar yaranmış tarixi şəraitlə yanaşı, xalqımızın bu yolda apardığı mübarizə hesabına reallaşdı. Elə ilk vaxtlardan çətin siyasi şərait meydana çıxdı. Ən əvvəl heç bir iqtisadi potensialın olmaması ölkəmizi çətin sınaq qarşısında qoymuşdu. O cümlədən xarici qüvvələrin hesabına fəallaşan daxili çəkişmələr vəziyyəti bir qədər də çətinləşdirirdi. Bundan əlavə Sovetlər Birliyinin bizə miras qoyduğu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi də bu məqamda alovlanmağa başladı. Hərbi əməliyyatlar genişlənərək Birinci Qarabağ müharibəsinin başlanmasına gətirib çıxardı. Ard-arda ərazilərimiz işğal olunmağa başladı.Təəssüflə qeyd olunmalıdır ki, hadisələrin bu anında Azərbaycanda hakimiyyət daxilində çəkişmələr hökm sürür, iqtidarda olan qüvvələr ölkəni faktiki idarə edə bilmirdi. Bu da müstəqilliyimizin itirilmə təhlükəsi qarşısında qalmasına səbəb olmuşdu.

    Hamımıza yaxşı məlumdur ki, Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə gətirilməsindən sonra bu hadisələrin qarşısı alındı. Ölkədə siyasi sabitliyə nail olundu. Cəbhədə müvəqqəti atəşkəs rejimi tətbiq olundu. Aparılan ardıcıl, məqsədyönlü islahatlar nəticəsində Azərbaycan durğunluq dövründən inkişaf mərhələsinə qədəm qoydu. Heydər Əliyevin xalqının o çətin günündə köməyə gəlməsi bütün soydaşlarımıza ümid verdi. Həmin ərəfədə baş verən hadisələrin ardıcıllığını diqqətlə izləyən xalq Ölkə Rəhbərinin siyasi iradəsini dəstəklədi və həmişə onun arxasında dayandı. Nəticədə Azərbaycan qısa vaxt ərzində aparılan islahatlarla bazar iqtisadiyyatı formatına keçdi ki, bu da onun dünya iqtisadiyyatına inteqrasiyasını təmin etdi. O cümlədən karbohidrogen ehtiyatlarımızın istifadəsi üçün nüfuzlu beynəlxalq şirkətlərlə “Əsrin müqaviləsi” imzalandı. Azərbaycana güclü xarici investisiya yatırıldı. Bununlada müasir inkişaf etmiş Azərbaycanın təməli qoyuldu. “Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan çətindir” deyən Ulu Öndər həqiqətən xalqının xeyir duası ilə bütün təhlükələri aradan qaldırdı və işıqlı gələcək üçün böyük bir yol açmış oldu.

    Heydər Əliyevin Azərbaycan xalqı üçün ən böyük xidməti özündən sonra onun siyasi kursunu davam etdirə biləcək siyasi lider yetişdirməsi oldu. Bu gün İlham Əliyev bu kursu layiqincə və uğurla davam etdirir. İndi ölkəmiz hüququn aliliyinə və demokratik prinsiplərə əsaslanan inkişaf dövrünü yaşayır. Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş dövlətlər sırasındadır. İstər qonşu ölkələr, istərsə də dünya ölkələri içərisində kifayət qədər nüfuza malikdir. Bütün dünya dövlətləri üçün ən etibarlı tərəfdaşdır. Eyni zamanda Ölkə Başçısının apardığı siyasətin əsas prioriteti Azərbaycan xalqıdır. Əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər ölkəmizi sosial dövlətə çevirmişdir. Bunun nəticəsidir ki, insanlarımız rifah içərisində yaşayır və bunun üçün bizim bütün imkanlarımız vardır.

    Xalqımızın müstəqillik ənənələri uzun bir tarixi dövr keçmişdir. İlk dəfə şərqdə demokratik dövləti biz yaratdıq. 1918-ci il may ayının 28-də Milli Şuranın birinci iclası keçirildi və iclasda Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyəti Paris Sülh Konfransının qərarına əsasən müstəqil dövlət kimi tanınmışdı. Dünyanın bir çox ölkələri ilə səfirlik və nümayəndəlliklər səviyyəsində diplomatik münasibətlər yaratmış, ikitərəfli və çoxtərəfli müqavilələr, sazişlər bağlamışdı. Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq mövcudluğu dövründə, demokratik cəmiyyətin formalaşdırılması və milli maraqların qorunması istiqamətində əhəmiyyətli addımlar atdı.

    1991-ci ilin oktyabırın 18-də qəbul edilmiş qərarla Azərbaycan yenidən 70 il sonra öz dövlət müstəqilliyini bərpa etmiş oldu. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi qiymətləndirildi. Əcdadlarımızdan bizə miras qalmış dövlətçilk ən-ənələrimiz yenidən özümüzə qayıtmış oldu. İllərdir ki, bu günlər xalqımız tərəfindən bayram edilir. Eyni zamanda 2021-ci ilin oktyabr 18-də müstəqilliyimizin bərpasının 30 ili tamam olur. Bu il biz bu bayramı xüsusi qürur hissi ilə qeyd edəcəyik. Ona görə ki, biz qalib xalqıq. Zənnimcə qürurla qeyd etdiyimiz bu tarixi günlərə daha həssas yanaşma tələb olunur. Xüsusilə yuxarıda qeyd etdiyim kimi müsəlman şərqində ilk demokratik dövləti yaratmış xalqın müstəqillik günü tarixi elə həmin institutun yaranması gününə təyin edilməlidir. Bu fakdır ki, oktyabırın 18-də xalqımız yenidən öz tarixi müstəqilliyini bərpa etmişdir. Məntiqlə bu müstəqilliyin bərpası günü kimi hesab olunmalıdır. Son günlər bu barədə müzakirələrin aparıldığının şahidiyik. Bu barədə qanun layihəsi də hazırlanmışdır. Lyihədə 1918-ci il 28 may istiqlayiyyət bəyannaməsinin elan olunduğu gün müstəqillik günü kimi, 1991-ci il 18 oktyabr “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqda” Konistitutsiya aktının qəbul olunduğu gün isə müstəqilliyin bərpası günü kimi qeyd edilməsi nəzərdə tutulmuşdur. Elə başa düşürəm ki, bi qanun layihəsinin qəbulu ilə tarixi günlərimizə daha dərin və məntiqli qiymətin verilməsinin şahidi olacağıq.

    Onu da qeyd etmək lazımdır ki, 28 may tarixinin Müstəqillik günü kimi qeyd edilməsi həmin dövrün dövlət sərhədlərini müzakirə mövzusuna çevirir. Bu da gələcəkdə Azərbaycanın digər tarixi torpaqlarına qayıdışına yol açmış olur

     

    Müəllif: Redaktor, 09:16

İsmarıclar bağlıdır.