Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Okt

    Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı sülh və ədalətin əsas təsisatçılarından biridir
    Azərbaycan Respublkikasıın Prezidenti cənab İlham Əliyev 2021-ci il 11 oktyabr tarixində Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Hərəkatın sədri olaraq çıxış etmiş, beynəlxalq arenada baş verən və təşkilatın gündəliyində duran əsas məsələlər ilə bağlı açıqlamalar vermişdir.

    Qoşulmama Hərəkatı 1961-ci ildə Belqradda təsis olunmuşdur. BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olun bu qurum, qlobal sülh, həmrəylik və ədalət naminə həyata keçirdiyi səylər vasitəsilə beynəlxalq arenada mühüm rol oynamışdır. Hərəkata 120 üzv ,17 müşahidəçi ölkə və 10 müşahidəçi təşkilat daxildir ki, üzvlərinin hər biri heç bir bloka daxil olmadıqlarını və tərəfsiz olduqlarını bəyan etmişlər. Qoşulmama Hərəkatı beynəlxalq münasibətlərdə hər zaman öz aktuallığını və vacibliyini qoruyub saxlayan suverenlik və ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq, təcavüz aktlarından çəkinmə kimi prinsiplərin yer aldığı Bandunq prinspilərini qəbul etmişdir. Azərbaycan sülhün, təhlükəsizliyin, beynəlxalq hüquq və ədalətin qorunması prinsipləri əsasında qurulan Hərəkata töhfə vermək məqsədilə 2011-ci ildə Qoşulmama Hərəkatına üzv olmağa qərar vermişdir.

    Qoşulmama Hərəkatı üzvlərinin hər biri beynəlxalq riyakarlıq və ikili standartların qarşı mübarizədə önəmli rol oynayırlar. Azərbaycan da 30 il ərzində beynəlxalq riyakarlıq və ikili standartlara məruz qalmışdır. Ermənilərin “qondarma erməni soyqırımı” adı altında hər yerdə işıqlandırdığı 1914 hadisələri beynəlxalq ictimaiyyətdə yüksək dəyərləndirilməsinə baxmayaraq, 1992-ci il 26 fevralda ermənilər tərəfindən amansızca həyata keçirilən Xocalı Soyqırımı beynəlxalq arenada düzgün qiymətləndirilməmişdir. Qeyd edək ki, həmin soyqırım nəticəsində erməni vandalları 106 qadın və 63 uşağı qətlə yetirmiş və bu günə qədər də bu hadisələrə görə heç bir cəza almamışdır.

    1993-cü ildə BMT-də Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı 4 qətnamə qəbul olunmuşdu. Beynəlxalq riyakarlığın qurbanı olan Rəsmi Bakı bu qətnamələrin həyata keçirilməsi üçün verdiyi hüquq mübarizəsi hər zaman cavabsız qalmışdır. Qəbul olunan qətnamələrin hər biri 30 ilə yaxın icra olunmadan saxlanılmışdır.

    Bildiyimiz kimi Azərbaycan Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçilmişdir. Azərbaycan Höküməti sədr seçildiyi tarixdən başlayaraq Hərəkata üzv ölkələr və beynəlxalq münasibətlər sistemi üçün müxtəlif təşəbbüslər irəli sürür və həyata keçirir. Son illərdə həyata keçirilən əsas təşəbbüslər heç şübhəsiz COVİD-19 pandemiyası ilə bağlıdır.

    2020-ci ildə Qoşulmama Hərəkatının onlayn şəkildə həyata keçirdiyi dövlət və hökümət başçıları səviyyəsində iclaslarının təşəbbüskarı Azərbaycan olmuşdur. Keçirilən Zirvə görüşündə Qoşulmama Hərəkatına üzv dövlətlərinin humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılmışdır. Bu baza sayəsində Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Hərəkatın üzvlərinin mövcud vəziyyəti ilə bağlı ətraflı məlumat toplaya bilirlər.

    Azərbaycanın Qoşulmama Hərəkatında həyata keçirdiyi əsas təşəbbüslərdən biri dünyada hökm sürən “peyvənd milliyətçiliyi”-nə qarşı mübarizə aparmaq olmuşdur. Dünyada satılan peyvəndlərin böyük hissəsinin varlı ölkələr tərəfindən alınması və az inkişaf etmiş ölkələr üçün peyvəndlərin əlçatmaz olmasına qarşı Azərbaycan Qoşulmama Hərəkatı səviyyəsində mübarizə aparmışdır. Dünyada artan “peyvand milliyətçiliyi” ilə mübarizədə Azərbaycan ölkə səviyyəsində 30-dan artıq ölkəyə tibbi və humanitar yardımlar göstərmiş, dörd ölkəyə 150 min doza peyvənd ianə etmişdir.
    Azərbaycan 2011-ci ildən üzv olduğu təşkilatda qazandığı nüfuz və etimad öz bəhrəsini İkinci Qarabağ Müharibəsində göstərmişdir. Qoşulmama Hərəkatına üzv olan dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələsi daim dəstəklənmiş, müharibə dövründə Azərbaycana göstərilən lazımi dəstək ölkəmiz üçün əhəmiyyətli hadisə olmuşdur.

    Artıq beynəlxalq arenanın məlumudur ki, Qarabağ problemi həll olunub. 2020-ci ilin sentyabrın 27-də başlayan müharibədə Rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində öz ərazi bütövlüyünü tam olaraq təmin etdi və BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə yerinə yetirə bilmədiyi qətnamələrin icrasını təmin etdi. Hər zaman sülh və danışıqlar yolunun tərəfdarı olan Rəsmi Bakının bütün cəhdləri Ermənistan tərəfindən cavabsız qaldıqdan sonra, Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə hərbi-siyasi yollarla tarixi ədaləti bərpa etdi.

     

    Müəllif: Redaktor, 09:33

İsmarıclar bağlıdır.