Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Okt

                                                                    DİNLƏ İNANCLARIN ƏLAQƏSİ

    Azərbaycan folklorunda inanclara rast gəlmək mümkündür. Məsələn, folklorda deyilir ki, açarı oynadanın evinə dava düşər. Yaxud da inanca görə axşam süpürülən evdən bərəkət əskilər, aynanın şövqünü evə salanda evdən ölü çıxar…
    İraq-türkman folklorunda inanclar aşağıdaki kimi qruplaşdırılır:
    Məişət və mərasimlərlə bağlı inanclar, təbiət hadisələri ilə bağlı inanclar, bitki və heyvanat aləmi ilə bağlı inanclar, astral təsəvvürlər və əsatiri görüşlərlə bağlı inanclar.
    Astral təsəvvürlər və əsatiri görüşlərlə əlaqədar olan inanclar, əsasən, Ay, ulduz, digər səma cisimlərinə inamın nəticəsində yaranıb. Məsələn, bir ulduz axanda Yer üzündə kiminsə ömrünün sona yetdiyini düşünürlər. Çünki insan ruhlarının ulduzlarla bağlı olduğuna inanırlar.
    Məişət və mərasimlərlə bağlı inanclar daha çoxdur. Səfərə çıxarkən və ya görülməsi düşünülən bir iş barədə danışarkən kimsə bir kərə asqırarsa, “Tək səbr gəldi, gözlənilsin, səbr edilsin”, iki kərə asqırılarsa “cüt gəldi, xeyirlidir” – deyə yola çıxarlar.
    Təbiət hadisələri, bitki və heyvanat aləmi ilə bağlı inam və etiqadlar da çoxdur. Dolu yağanda onun bir dənəsini bıçaqla iki yerə bölsən, dolunun kəsəcəyinə inanırlar.
    İnancların böyük bir qismi ibtidai təsəvvürlərdən qaynaqlansa da, onların müəyyən hissəsi İslam dininin təsiri ilə sonralar müəyyən dəyişikliyə məruz qalmışlar. Daha dəqiq desək, həm ibtidai, həm də islam dininə məxsus təsəvvürlər bir çox sınamalarda sintez olunaraq verilir. ibtidaidən yeni doğulmuş uşağın paltarına deşik daş, gözmuncuğu taxılardı, dua-pitiyin vurulması isə sonrakı dövrlər islam dininin təsiri ilə meydana çıxıb.
    Bir çox inanclar İslam dinindən əvvəl yaranıb: “Məsələn, pir və digərlərini buna misal çəkmək olar. Demək olmaz ki, insanlar daşdan, məzardan kömək istəyirlər. Sadəcə olaraq, baxırlar ki, hansısa ərazidə Allah dostu, ruhani dəfn olunub. Həmin yerdə dua edirlər. Nə üçün insanlar Məkkəyə gedib, orada dua edirlər? Yəni bütün bunların vasitəsilə diləklərini Allahdan istəyirlər. İnancların bəziləri İslamla bağlıdır, bir çoxları isə daha öncəyə gedir. Xalq inanclarını dinlə bağlamaq olmaz. Məsələn, deyirlər ki, qabağımdan qara pişik keçdisə, uğursuzluqla üzləşəcəm. Bu kimi inanclar artıq insanların şüurunda yerləşib. Ümumiyyətlə, inancları dinlə əlaqələndirmək olmaz”.

     

    Müəllif: Redaktor, 08:29

İsmarıclar bağlıdır.