Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Okt

    “Bir ömrü illərlə ölçmək düz deyil,
    Ömürlə illəri ölçəsən gərək”
                                                                     Bəxtiyar Vahabzadə

    Atalar deyib: “Hər şeyin təzəsi dostun köhnəsi”
    Bizim tanışlığımız 1960-cı illərin sonlarından başlayıb. Onda mən və Umud həkim ailəsi ilə birlikdə Tərtər şəhərinin Vaqif küçəsinidəki 1№-li evdə (Firəngiz xalanın evində) kirayədə ayrı-ayrı otaqlarda yaşayırdıq və o vaxtlardan da Umud Quliyevlə ünsiyyətimiz tutmuşdu. Həmişə üzündə xoş bir təbəssüm olardı. Amma elə bir münasibət bəsləyirdi ki, istəsən də istəməsən də sənin içində ona qarşı bir ünsiyyət duyğusu oyanırdı və sən də onun mehriban baxışlarının təsiri altına düşürdün.
    Belə söyləyirlər ki, insan özündən ətrafına ya müsbət, ya mənfi enerji yayır. İlk dəfə üz-üzə gəldiyin adamlardan bəzən bu emosiyaları alıbsan, özünün də xəbərin olmadan ovqatında ya yaxşılığa ya da pisliyə doğru bir dəyişiklik yaranır. Bu, qarşılaşdığın insanın ətrafa müsbət və ya mənfi enerji yayması ilə bağlıdır. Elə buna görədir ki, birinci dəfə rast gəldiyin belə adamlarla ya bir də rastlaşmaq istəmirsən və yaxud əksinə. Umud Quliyev ətrafına müsbət emosiya yayan insanlardan biridir. O vaxt-bu vaxt harda rastlaşsaq, yenə də çox mehriban görüşürük, hal-əhval tuturuq. Halbuki, bizim ilk tanışlıqdan 53 il vaxt keçir. Bu illər ərzində həm Umud Quliyevin, həm də mənim həyatımda çox dəyişikliklər olub, dünyadan ağır zərbələri yemişik, bəzən sevinc, bəzən də kədər yol yoldaşımız olub, amma hələ ki, dözürük.
    İndi el içində ona Umud həkim deyirlər. Öz sənətiylə hər yerdə ad-san qazanıb.
    Kimdir bu Umud həkim?
    Quliyev Umud Salah oğlu 3 mart 1941-ci ildə Mirbəşir rayonunun Əskipara kəndində dünyaya gəlib. Atası Salah kişi kolxozçu, anası Fizzə isə evdar qadın olub. Ailədə üç uşaq olublar – iki qız, bir oğlan. Ailənin ikinci uşağı Umud kəndin 7 illik məktəbində oxuyub. 1955-ci ildə oranı bitirdikdən sonra kolxozda valideynlərinə kömək edib, kənd təsərrüfatı işləri ilə məşğul olub. 1959-cu ildə kürəkəninin yanında diş texnikliyi peşəsini öyrənib. Rayonda tanınmış üst-çənə cərrahı olan Hüsən Mirzəyev diş texnikliyinin bütün sirlərini Umud Quliyevə öyrədib. Bu peşəyə tam yiyələndikdən sonra rayonda stomatoloq Şakir həkimlə birlikdə işləməyə başlayıb. Çox keçmir ki, Umud Quliyevi hamı tanıyır. Rayonda başqa stomatoloq həkimlərlə – Kamil Həsənovla, Mobil Əbdüləzimovla, Vilayət Qurbanovla, Nazim Bürcəliyevlə, Xansuvar Qəribovla və Raqub Vəliyevlə birlikdə işləyirlər.
    1967-ci ildə Umud Quliyev Firuzə adlı bir qızla ailə qurur. Bu nigahdan 5 uşaq – 4 qız 1 oğlan dünyaya gəlir.
    Umud həkim 1970-ci ildə doğulduğu Əskipara kəndindən rayon mərkəzinə köçür. 1971-ci ildə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Kubra Əsədova Umud həkimi Bakıda keçirilən stomatoloqların müsabiqəsinə göndərir. Müsabiqədən yüksək nəticə toplayan Umud Quliyev mərkəzi xəstəxanada diş texniki kimi fəaliyyətə başlayıb. O işlədiyi müddət ərzində dəfələrlə diplom və fəxri fərmanlarla təltif olunub.
    1982-ci ildə Umud həkimin atası dünyasını dəyişir. Anası Fizzə xala Umud həkimlə birlikdə yaşayır. 1986-cı ildə onun anası, sonralar isə bacıları Suqra və Raya dünyalarını dəyişirlər.
    Umud həkim işlədiyi vaxtdan bu günə kimi onlarla diş texniki hazırlayıb. Hal-hazırda həmin şagirdlərin bir çoxu diş texniki kimi fəaliyyət göstərir.
    Umud Quliyevin övladlarının hamısı ali təhsil alıb. Böyuk qızı İlhamə və oğlu Tural Umud həkimin davamçılarıdır. İlhamə qadın həkimi, oğlu Tural isə stomatoloq həkimdir. Hazırda Umud Quliyev gözəl ağsaqqal, gözəl ailə başçısı və gözəl babadır. 8 nəvəsi, 3 nəticəsi var.
    Umud həkim oğlunun oğluna öz adını qoyub.
    Həyat beləcə davam edir. Gəlişlər gedişlər… Enişlər yoxuşlar… Olumla ölümün arasındakı ömür – bir kiprik çalımı olan zaman kəsiyi. Kiminin adı qalır, kiminin isə heç nəyi. O adı isə bu dünyadakı əməllərlə qazanırlar.
    Umud həkim xoşbəxt adamlardandır ki, el içində özünə sanballı ad qazanıb. Tanrımız ona bundan sonra da cansağlığı və uzun ömür versin.

    Tofiq Yusif

    Müəllif: Redaktor, 08:47

İsmarıclar bağlıdır.