Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Okt

    Müəllim sönməyən günəşdir.
                                                        (Atalar sözü)
    Bəli, müəllim sönməyən Günəşə bənzəyir. İllər keçsə də onun elminin ziyası sönmür. İnsanların bütün həyatını müəllim ziyası işıqlandırır. Belə müəllimlərimizdən biri də Musayeva Könül Sahib qızıdır. Onunla şəxsi tanışlığım olmadığı üçün dərs dediyi şagirdlər və valideynlərdən maraqlandım. Öyrəndim ki, ciddi və tələbkar, tədris etdiyi fənni ürəkdən sevən bir müəllimdir. 1 saylı tam orta məktəbdə coğrafiya fənnini tədris edir.
    Könül Musayeva 1978-ci il 4 apreldə Tərtər şəhərində ziyalı ailəsində anadan olub. Bu ailədə 3 övlad böyüyüb – 2 qız, 1 oğlan. Ailədəki təhsilə maraq böyüdükcə uşaqlara da sirayət edib. 3-ü də müəllim peşəsinə yiyələnib.Könül də, Ülviyyə də, Cavanşir də həyatlarını şagirdlərin maariflənməsinə sərf edirlər. Könül müəllim 2 saylı tam orta məktəbin yetirməsidir. Orada təcrübəli və savadlı müəllimlərdən dərs alıb. 1995-ci ildə orta məktəbi bitirib. Həmin il ali məktəbə qəbul ola bilməyib. Bu onu sarsıtmayıb. Bir il daha yaxşı hazırlaşaraq Bakı Dövlət Universitetinin coğrafiya müəllimi fakültəsinə qəbul olunur. 2002-ci ildə Universiteti bitirərək təyinatla Tərtər şəhər 1 saylı tam orta məktəbə göndərilib. Həmin ildən də coğragiya müəllimi kimi fəaliyyətə başlayıb. 20 ilə yaxındır ki, öz sevdiyi peşəsini şagirdlərinə sevə-sevə öyrədir. Rayonumuzda tanınıb-seçilən repititor müəllimlərdən biridir. Onun hazırlaşdırdığı şagirdlərin əksəriyyəti ali təhsil ocaqlarına qəbul olur. Hətta özü ilə bərabər müəllim işləyənlər də vardı.
    Könül müəllimlə telefon əlaqəsi saxladım. O suallarıma çox səmimi cavab verdi. Tələbkar və ciddi xasiyyətli olmasına baxmayaraq şagirdlərinə qarşı çox səmimi və mehribandır. Elə bu xüsusiyyəti onu müəllim kollektivinə, valdeyn və şagirdlərinə sevdirir. Könül müəllim təkcə şagirdlərinə qarşı tələbkar deyil, özünə və övladlarına qarşı da ciddi və tələbkardır. Bunun nəticəsidir ki, qızı Aysu Babazadə bu il 591 balla İqtisad Universitetinin maliyyə fakültəsinə qəbul olub. Oğlu Fəxri isə hazırda anasının çalışdığı 1 saylı orta məktəbin onuncu sinfində oxuyur.
    Könül müəllimin zəhməti həmişə rayon rəhbərliyi və təhsil şöbəsinin diqqətində olub, fəxri fərman, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb. 2012-ci ildə isə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. Bu, Könül müəllimin məsuliyyətyini daha da artırıb.
    Bu gün Könül Musayeva ən çox sevilən müəllimlərdən biridir. O, həm də gözəl anadır.
    Könül müəllimin bacısı Ülviyyə də, qardaşı Cavanşir də şərəfli müəllim adını ləyaqətlə daşıyırlar. Ülviyyə müəllim Bakı şəhərində, Cavanşir müəllim isə rayonumuzun 5 saylı orta məktəbində çalışır.
    Könül müəllimin ailəsi nümunəvi ailələrdən biridir. Onun həyat yoldaşı İltimas Babayev rayon poct şöbəsində çalışır.
    Bu ziyalılar ailəsinin cəmiyyətimizdə tutduğu mövqe hörmətə və təqdirə layiqdir.

     

     

    Müəllif: Redaktor, 09:41

İsmarıclar bağlıdır.