Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Okt

                                                        ŞƏHİDLƏRİN İL MƏRASİMLƏRİ

    44 günlük Vətən müharibəsində qəhrəmanlıqla vuruşaraq işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda şəhid olmuş Tərtərlilərin xatirəsi həmişə böyük ehtiramla yad edilir, onların ad günlərində, şəhid olduqları günlərdə və il mərasimlərində ruhları hörmətlə anılır. Həmçinin ermənilərin atdıqları mərmilər və raketlər nəticəsində həlak olmuş mülki şəhidlərimiz də diqqətdən kənarda qalmır. Bu günlərdə Vətən müharibəsi şəhidləri Məmmədov Taleh Arif oğlunun, Şahbazov Ruslan Mahir oğlunun, Hacıyev Rüstəm Firqani oğlunun, Aslanlı Orxan Şahmar oğlunun, Bağırlı Mİrsədi Mircəfər oğlunun, Babazadə Mirşəmsi Elşad oğlunun, Həsənli Zəlimxan Rafiq oğlunun, Hüseynov Aslan Malik oğlunun, Məmmədov Elman Bəhmən oğlunun, Rəhimli Bəxtiyar Nəsimi oğlunun, Hacızadə Ceyhun İfrayıl oğlunun, Şirinli Nurlan Qədir oğlunun, Verdiyev İsax Ədalət oğlunun, Abbaslı Elnur Yaşar oğlunun, Ağayev İntiqam Hüseyn oğlunun, mülki şəhidlər Mehdiyeva Ayna Məhəmmədəli qızının, İbrahimov Şahin Mahmud oğlunun, Əliyev Müzəffər Əli oğlunun, Həsənov Zabil Məhəmməd oğlunun, Məmmədov Həsən Asif oğlunun il mərasimləri keçirilib.
    Mərasimlərdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
    Mərasimlərdə şəhid ailələrinə, qazilərə və Vətən müharibəsi iştirakçılarına göstərilən dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq ifadə olunub.

    Müəllif: Redaktor, 09:59

İsmarıclar bağlıdır.