Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Okt

                                                                        DÖRD ÖVLADI YADİGAR QALDI

    Azər Qasımov 1979-cu ildə Tərtər rayonunun Ələsgərli kəndində doğulub. Ailədə 2 qardaş bir bacı olublar. Azər ailənin böyük övladı idi. Orta təhsilini həmin kəndin məktəbində bitirdikdən sonra hərbi xidmətə yollanmışdı. Əsgəri borcunu Gədəbəy rayonunda çəkib. Hərbi xidmətdən sonra bir müddət Rusiyada yaşamalı olub. Sonra doğma kəndə qayıdaraq orada yaşayır. 2013-cü ildə müddətdən artıq hərbi xidmətə yazılır. Ağdam ra-yonunda “N” saylı hərbi hissədə sürücü kimi fəaliyyət göstərir. Hərbi hissədə müxtəlif markalı avtomobillər idarə edib.
    Azər ailəli idi. Kəlbəcər rayonundan olan Nailə adlı qızla evlənmişdi. Onların bu evlilikdən 4 övladları oldu – 2 oğlan, 2 qız. Vətən müharibəsi başlayanda böyük uşağının 12 yaşı vardı, kiçiyi 4 aylıq körpə idi. Ordumuzun tərkibində xidmət edən bütün oğullar kimi Azər də mənfur ermənilərlə müharibəyə qoşuldu.O, anasını, ailəsini nigaran qoymağı xoşlamazdı. Döyüş getdiyi günlərdə də vaxt tapan kimi onlatdan xəbər tutardı. Ana-sı İsmira qardaşı ilə birgə yaşayırdı. Axırıncı dəfə Azər 15 oktyabrda anasının yanına gəlir.
    Ana həmin günü göz yaşı ilə xatırlayıb danışdı:
    –Azər evə gələndə ayağından və qolundan yaralı idi. Çox yalvardım ki gəl gedək həkimə belə döyüşə qayıtma. Saxlaya bilmədim.
    – Yox, mütləq qayıtmalıyam! Əsgər yoldaşlarım göz-ləyir, onları tək qoya bilmərəm. Amma ana uşaqlarımı tək qoyma. İnşallah, torpaqlarımız alınsın, görəçəksiniz hər şey yaxşı olacaq – deyib, qayıtdı hərbi hissəyə.
    Oktyabrın 16-nda həyat yoldaşı ilə telefon əlaqəsi saxlayıb. Nailə belə xatirlayır:
    – Azər dedi ki, uşaqlara yaxşı baxarsan, balacadan muğayat ol ! İndi müharibədi. Biz müharibəni görürük, gərək toraqlarımızı azad edək ki, uşaqlarımız görməsin.
    Bəlkə özü də hiss edirmiş ki, bu danışıq onun son danışığı olacaq. Ona görə də uşaqlarını anasına və həyat yoldaşına dönə-dönə tapşırıb. 4 körpə, 4 yadigar! Həm ailəyə, həm də dövlətə əmanət qaldı!
    16 oktyabr Azərin son döyüş günü olur. Xidmət etdiyi hərbi hissədə öz qoçaqlığı, qorxmazlığı ilə fərqlənən igid oğlumuz mənfur düşmənin atdığı snayper gülləsindən aldığı yara nəticəsində şəhid olur. Onun nəşi döyüş gedən ərazidə qalır. Bir neçə gün onu götürmək olmur. Oktyabrın 29-da Azə-rin nəşi döyüş bölgəsindən çıxarılaraq boya-başa çatdığı kəndə gətirilir, kənd qəbristanlığında dəfn olunur.
    O gündən artıq bir il vaxt ötüb. Ana da, həyat yoldaşı da Azərin yadigarlarını onun istədiyi kimi saxlamağa, böyütməyə çalışırlar.
    Ələsgərli kəndinin mərd, igid oğullarından biri olan Azər Qasımov hələ müddətdən artıq xidmət zamanı dəfələrlə Fəxri Fərmanlarla, ordunun “100 illiyi medalı” ilə mükafatlandırılmışdır. Vətən müharibəsində göstərdiyi şücaətlərinə görə “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub. Allah hər bir şəhidimizə rəhmət eləssin! Onlar bizim qürur mənbəyimizdir!

    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 09:41

İsmarıclar bağlıdır.