Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 12Noy

                                                      ALLAHSIZ CANAVAR
                                                                                             (Mini hekayə)

    Qobustan rayonunun Sədəfli kəndindən olan “Vətən müharibəsi qəhrəmanı” şəhidimiz Elyar Arif oğlu Vəliyevə həsr edilib.

    Elyar Xüsusi təyinatlı dəstədə vuruşurdu. Hələ 30 yaşı tamam olmamışdı. 29 yaşını cəbhədə keçirəcəkdi. Ona yoldaşları: “Allahsız Canavar”– deyirdilər. Həqiqətən, erməni faşistlərin əliyalın insanlara verdikləri işgəncələr yadına düşdükcə canavara dönürdü. Əsl türk oğlu türk idi. Bircə ay ərzində 40 tapanca təhvil vermişdi. Hər bir tapança bir erməni zabitinin idi. Bu o demək idi ki, əlbəyaxa döyüşlərdə 40 erməni zabitini cəhənnəmə vasil etmişdi.
    Füzuli və Cəbrayıl işğaldan azad ediləndən sonra 40 nəfərlik bu dəstəyə mühüm strateji əhəmiyyəti olan Laçın dəhlizinin azad edilməsi və nəzarətdə saxlanılması tapşırılmışdı. Döyüşdən qabaq dəstə səngərdə dincəlib əmr gözləyirdi.
    Elə bu əsnada Şəhriyar üzünü gizir Elyara tutub dedi:
    -Ayə, ay Elyar, bu adı sənə kim qoyub? “Allahsız Canavar”. Sən ki allahsız deyilsən. Xasiyyətin də elədir ki, səni aramızda az da olsa görməyəndə adam darıxır, narahat oluruq.
    Elyar birdən-birə cavab vermədi. Sonra astaca dilləndi:
    -Kim verəcək? Bizim uşaqlar.
    -Bəs “Canavar” nədir?
    -Bilmirəm, amma erməni görəndə didib-parçalamaq istəyirəm!
    -Dinc adamları da?
    -Erməni ola, dinc ola?! 30 ildir torpaqlarımızı onlar işğal etməyib? Kimin torpağında gözümüz olub? Nankordur köpək uşağı! Çörəyimizi yeyib, bizə düşmən oldular! Qızlarını alıb, xanım-xatın kimi yaşatdıq, pullu vəzifələri onlara verdik, yedilər, qudurdular! Gündə erməni öldürməsəm, elə bilirəm ki, şəhidlərimizin ruhu məni bağışlamaz.
    Sözünü qurtarmamış oturduğu quru yerdən dik ayağa qalxıb dedi:
    -Ayə, erməniyə bax, qaçır!
    Allah ad günümdə deyəsən mənə hədiyyə göndərib.
    Dediyi ilə də aradan çıxdığı bir oldu. Az keçməmiş bir erməni dığasını qabağına qatıb gətirdi.
    -3-4 nəfər imiş, kəşfiyyata gəliblərmiş. Onlar aradan çıxdılar. Əlim buna yetişdi. Məni görən kimi qorxusundan silahını tullayıb qaçmaq istədi. Aman vermədim.
    Elyar gözlərini tir-tir əsən erməni dığasına zillədi. Birdən-birə rəngi qaçdı, hirsindən dodaqları titrədi. Əsgər bıçağını çıxarıb üstünə gəldi. Amma vurmadı, dayandı. Üzünü Şəhriyara tutub dedi:
    -Dedimmi allah bunu ad günümə hədiyyə göndərib? Qurbanlıq-dır. Al bıçağı, əvvəlcə kəs bu faşistin qulaqlarını! Bizə silah qaldırana bax!
    Şəhriyar elə belə döyüşçü deyildi. Qorxu nədir bilməzdi. Əlbəyaxa döyüşə girəndə səsini eşidən kimi ermənilərin canına vəlvələ düşürdü. Amma Elyarın sözünə əməl etmədi. “Bacarmaram”- dedi.
    -Bəs ermənilər niyə bizim günahsız qocaların qulaqlarını kəsib ləzzət alırdılar?! Hətta diri-diri gözlərini çıxarırdılar!
    -Mən bacarmaram!
    -Erməni qadınlar hər bayram günü əsirlərdən seçib qurbanlıq aparırdılar. Öz ölənlərinin qəbrinin üstündə qurban kəsirdilər. Buna nə deyirsən?
    -Mən bacarmaram!
    Elyarın hirsi daha da artdı. O həddə çatdı ki, elə bil indicə erməni dığasını tikə-tikə doğrayacaq!
    -Şəhriyar, kəs bu dığanın başını! Bunların yazıçısı körpə uşağımızı əllərindən pəncərəyə mismarlayıb, alnından sinəsinədək dərisini soymuşdur. Saata baxıb ki, bu uşaq neçə dəqiqədən sonra canını tapşıracaq.
    -Onu Zori Balayan edib.
    -Sənin ürəyin yandığı erməni faşistlərin Xocalıda etdiklərini nə tez unutdun?!
    -Unutmamışam, unutmaram da. Mən də öz heyfimi qat-qat almışam.
    -Mənə “Allahsız” deyirlər. Haqqım var. Bunlar isə qansızdır, Şəhriyar! Bunlar hamilə qadınlarımızın qarnını yarıb uşaqlarını çıxaranlardır! Sonra da ucu şiş dəmirə keçirənlərdir! Atanın gözü qarşısında azyaşlı qızını zorlayanlardır! Bunlara yazığın gəlir?!
    -Yazığım gəlmir, Elyar. Niyə anlamırsan? Mən əsgərəm. Mən türkəm. Faşist deyiləm! Əlində silah olmayan bu dığanı necə öldürüm? Niyə anlamırsan?! Mən erməni ola bilmərəm!
    “Allahsız Canavar” iki əlini səngərin divarına qoyub başını da torpağına dayadı. Sonra bağıraraq əlindəki əsgər bıçağını var gücü ilə torpağa sancdı. Dönüb elə ayaq üstə qırxı çıxmış erməni dığasına qışqırdı:
    -Rədd ol, burdan! Cəhənnəmə vasil ol!
    Elə bu anda hücum əmri verildi. Ağır döyüşdə Laçın dəhlizi ələ keçirildi. Amma Şəhriyar da, “Allahsız Canavar” da şəhid oldu. Yoldaşları köməyə gələnə qədər Elyar canını tapşırmışdı. Güllə onun düz ürəyindən dəymişdi. Sıxılmış ovcunda tapanca vardı. Sonradan məlum oldu ki, əli ilə boğub öldürdüyü erməni generalın tapançası imiş.
                                                                                                                                                                  Maqbet Əhmədov

     

    Maqbet Əhmədov

     

     

     

     

     

     

     

     

     

     

    Müəllif: Redaktor, 09:24

İsmarıclar bağlıdır.