Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 12Noy

    Xatirə bulağı rayonun Şıxarx qəsəbəsində Vətən müharibəsi şəhidlərinin adına salınan bağda inşa edilib. Zəfərin I ili münasibəti ilə inşa edilən Xatirə bulağının açılışında Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, müxtəlif rayonlardan olan şəhid ailələrinin üzvüləri, Vətən müharibəsi qaziləri iştirak ediblər.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qazanılan tarixi Zəfərin birinci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Ötən il sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb.Tədbirdə Milli Məclisin deputatı Sahib Alıyev çıxış edib. Tədbirin təşkilatçısı Emin Tarverdiyev bildirib ki, Şıxarxda Vətən müharibəsi şəhidlərinin hər birinin adına ağac əkilib: “Vətən bağı” adı verdiyimiz bu bağda inşa edilən bulaq, həmin işin davamıdır.
    Tədbirdə çıxış edən şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.
    Sonra yeni salınmış bağda 1200 ədəd yerli təbiətə uyğunlaşmış muxtəlif növ ağaclar əkilib.

     

    Müəllif: Redaktor, 10:31

İsmarıclar bağlıdır.