Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 12Noy

    Vətən müharibəsində qazanılan Zəfərin ildönümü ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib.
    Əvvəlcə tədbir iştirakçıları Şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Sonra Dövlət himni səsləndirilib.
    Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ali Baş Komandan İl-ham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin ötən il sentyabrın 27-də başlanan əks-hücum əməliyyatında işğalçı erməni ordusunu darmadağın etdiyini, Vətən müharibəsinin cəmi 44 gündə tarixi qələbə ilə başa çatdığını söyləyib. Qeyd edib ki, bu gün bütün Azərbaycan xalqı 8 Noyabr – Zəfər Gününü qürurla, iftixarla qarşılayır. Əlbəttə, bu tarixi qələbə şəhidlik zirvəsinə ucalan, ağır yaralanan Vətən oğullarının qanı bahasına qazanılıb. Bu insanlar hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq. Qeyd edib ki, qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif olunub, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə edilib.
    Milli Məclisin deputatı Sahib Alıyev çıxış edərək Zəfər gününü bizə yaşadan oğullarımızla bütün Azərbaycan xalqının qürur duyduğunu, Vətən müharibəsində dövlət-xalq-ordu birlik nümayiş etdirdiyini, bir yumruq halında birləşərək düşmənə zərbə vurduğunu, 44 gündə uzun illər işğalda olan torpaqlarımızın azad edildiyini bildirdi.
    Görüşün sonunda Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə təltif olunmuş şəhidlərin medalları ailə üzvlərinə təqdim edildi.

     

    Müəllif: Redaktor, 10:59

İsmarıclar bağlıdır.