Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 12Noy

    Noyabrın 8-də Zəfər Günü münasibətilə Tərtər rayonunda yürüş keçirilib.
    Yürüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, qazilər, Qarabağ Müharibəsi veteranları, minlərlə tərtərli iştirak edib.
    Yürüş iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər.
    Bayraq Meydanından başlayan yürüş “Şəhidlər” abidə kompleksinə qədər davam edib.
    Sonra “Şəhidlər” abidə kompleksinin qarşısında tədbir keçirilib.
    Tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib, abidənin önünə tər gül dəstələri düzülərək Şəhidlərin ruhlarına dualar oxunub.
    Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov öncə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində qazanılan tarixi Zəfərin birinci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilib. Qalib Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan dövləti tarixinin ən şanlı günlərini, yeni inkişaf və dirçəliş dövrünü yaşayır. “Dəmir yumruq” kimi birləşmiş Azərbaycan xalqı doğma Qarabağımızın azadlığı uğrunda aparılmış, hər günü qəhrəmanlıq dastanı olan Vətən müharibəsində Böyük Qələbəni müzəffər xalq, qalib dövlət kimi yüksək qürur hissi ilə qeyd edir.
    Milli Məclisin deputatı Sahib Alıyev, Tərtər Rayon Polis Şöbəsinin rəisi Elçin Qasımov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rayon şöbəsinin sədri Vidadi Məmmədov, Vətən Müharibəsi Qəhramanı, şəhid Əliyev Anarın atası Vaqif Əliyev, Vətən Müharibəsi qazisi Elvin Məhərrəmli, şəhid Pərviz Orucovun anası Dilrubə Orucova çıxış ediblər.
    Şəhid ailələri və qazilər onlara göstərilən dövlət qayğısına görə öz minnətdarlıqlarını bildiriblər.
    Həmin günün axşamı bayram konserti və möhtəşəm atəşfəşanlıq təşkil olunub.

     

    Müəllif: Redaktor, 11:09

İsmarıclar bağlıdır.