Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Noy

                                                                 CADU-TİLSİM-SEHR

    Din ilə əlaqəsi olmayan dualar və hərəkətlərlə ruh üzərinə təsir etmək. Buna ərəbcədə “sehr” adı da verilir. Bir insanı istənilən şeyi etməyə sövq edən gizli qüvvət, təbiətə zidd hallar meydana gətirən təsirlər. Bunları edənlərə “cadugər” deyilir. Cadunu belə təsvir etmək mümkündür hər hansı bir mənfəət uğruna başqasına zərər verməyə yönəlik məşru olmayan yollarla bir sıra gizli qüvvələri istiqamətləndirərək edilən və həqiqətə uyğun gəlməyən göz bağlıcılıq, hoqqabazlıq, oyunçuluq şəklindəki işlər. Gözbağcılıq, hoqqabazlıq kimi oyunlarla insanları aldadan şəxsə cadugər, bu kəslərin etdiyi işə cadu, bu işin peşə halına gətirilməsinə də cadugərlik deyilir. Cadugərlik, İslamdan öncə Ərəblərdə, Rumlarda, Hindlilərdə, Misirlilərdə məşhur idi. Xüsusilə Hz. Musa zamanında cadugərlik etibarlı bir peşə idi. Hz. Süleyman zamanında da məşhur idi. Sehrin özünə görə xüsusiyyətləri və növləri vardır.
    Qara cadu: Əsl sehr bu olub bəzi kimsələr, pərilərin və xüsusilə şeytanların müdaxiləsiylə fövqəltəbiət bir sıra əməllər edə biləcəkləri iddiasındadırlar.
    Məcaz yolu ilə cadu: Anlaşılamaz, ağıldan xaric şey deməkdir.
    Ağ yaxud (təbii) cadu: Zahirən əcaib, lakin əslində təbii səbəblərlə meydana gəlmiş bir sıra hərəkətlər etmək sənətidir. Hokkabaz qüllələri kimi.
    Cadu və cadugərlik İslâmda qadağan edilmişdir. Quranı Kərîm’də cadugərlə-rin nicat olmayacağı (Taha,20/69) göstərilmişdir.

     

    Müəllif: Redaktor, 09:54

İsmarıclar bağlıdır.