Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Noy

                                                                                        İBADƏT NƏDİR?

    İbadət Allaha təzim etmək, sayğı göstərmək və onun bizə verdiyi saysız-hesabsız nemətlərə qarşı minnətdarlıq borcunu yerinə yetirməkdir.
    Nə üçün ibadət edirik?
    Bizi yoxdan var edən və yaşadan Allahdır. Böyük Allah vücudumuzu görən gözlər, eşidən qulaqlar və danışan dil kimi mükəmməl orqanlarla təmin etdi. Digər canlılardan fərqli olaraq bizə ağıl verdi və varlıqlar arasında bizi seçkin bir vəziyyətə gətirdi. Bundan başqa yaşaya bilməyimiz üçün tənəffüs etdiyimiz havadan içdiyimiz suya qədər bizə saysiz-hesabsiz nemətlər verdi.
    Ayrıca bizi tək qoymadı, Peyğəmbərlər və kitablar göndərərək dunyada və axirətdə xoşbəxt olmağın yollarını göstərdi. Bütün bu yaxşılıqların əvəzində, Allah bizdən onu tanımağımızı və Ona ibadət etməyimizi istəyir.
    Yaradılışımızın qayəsi Allahı tanımaq və Ona ibadət etməkdir. İbadət vəzifələrini yerinə yetirdiyimiz təqdirdə həm Allahın verdiyi nemətlərin əvəzinə minnətdarlıq borcunu yerinə yetirmiş oluruq, həm də Onun məhəbbətini qazanırıq.Əgər biz Allaha qarşı olan ibadətlərimizi yerinə yetirib Onun məhəbbətini qazansaq, o vaxt Allah bizə dünyadakı nemətlərdən daha çoxunu axirətdə verəcək və bizi cənnətdə sonsuz xoşbəxtliyə çatdıracaqdır.
    İbadətin növləri
    İbadətin üç növü var-dır:
    1-Bədənlə icra edilən ibadətlər: Namaz qılmaq, oruc tutmaq kimi.
    Bədənlə icra edilən ibadətləri hər bir müsəlmanın özünün yerinə yetirməsi lazımdır. Başqalarının vəkil olunması düzgün deyildir. Heç kim bir başqasının yerinə namaz qıla, oruc tuta bilməz.
    2-Malla icra edilən ibadətlər: Zəkat vermək və qurban kəsmək kimi.
    Bir şəxs malla icra edilən ibadətlərdə başqasını vəkil edə bilər
    3-Həm mal, həm də bədənlə icra edilən ibadətlər: Həccə getmək belə bir ibadətdir.
    Pulu olan, ancaq Həccə gedə bilməyən, daha doğrusu şikəst, xəstə və yaşlı şəxslər öz yerlərinə başqasını vəkili kimi Həccə göndərə bilər.
    İbadətlərin məqsədləri
    İbadət üç məqsədlə yerinə yetirilir:
    1) Allaha; İbadət və sayğıya layiq olan yeganə varlıq olduğu üçün ibadət etmək.
    Qarşılığında heç bir şey gözləmədən yalnız Allahın əmrini yerinə yetirmək məqsədilə edilən belə bir ibadət; ibadətin ən yüksək dərəcəsidir.
    2) Cənnətə girməyi ummaq və ya cəhənnəmdən qorxaraq ibadət etmək.
    Belə fikirlə ibadət edən şəxs Allahın əmrini yerinə yetirmiş olur. Ancaq insan ibadəti belə bir mənfəət fikriylə deyil, yalnız Allah üçün eləməlidir
    3) Dünyada bir mənfəət əldə etmək üçün, başqalarına göstərmək məqsədilə ibadət etmək
    İbadətlərin ən aşağı dərəcəsi budur. Buna ibadət demək belə düzgün deyildir. Çünki Allah üçün edilməyən ibadətin heç bir dəyəri yoxdur.

     

    Müəllif: Redaktor, 09:24

İsmarıclar bağlıdır.