Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Noy

                                                                          QƏRBİ AZƏRBAYCAN DƏRƏLƏYƏZ MAHALI

    Dərələyəz mahalı şimalda Basarkeçər yaylası, şərqdə Zəngəzur silsiləsi, cənubda Ələyəz dağları, qərbdə isə Səlim aşırımı yerləşən hündür dağlarla əhatə olunmuşdur. Ümumi sahəsi 2304 kv.kmdir. Ən qədim dövrlərdən azərbaycanlıların məskunlaşdığı Dərələyəz-Ələyəz dərəsi toponimi orta əsrlərdə inzibati-ərazi bölgüsü mənasında işlənməklə, geniş ərazini əhatə emişdir. XVIII əsrin əvvəlində Osmanlı dövlətinin idarəsi altında olmuş Naxçıvan sancağının 14 nahiyəsindən biri də Dərələyəz idi. Bu dövrdə Dərələyəz nahiyəsi 102 kəndi əhatə edirdi. Xalq bölgüsünə görə, 3 hissəyə ayrılırdı: Şərqi Dərələyəz, Qərbi Dərə-ləyəz və Şərurun dağlıq hissəsi.
    Türkmənçay müqaviləsindən (1828) sonra Ru-siyanın tərkibinə daxil edilən Dərələyəz bölgəsi İran və Türkiyədən buraya köçürülən ermənilərin hesabına etnodemoqrafik dəyşikliklərə məruz qalmışdır. Köçürmələrə qədər bölgədəki ailələrin 94,1%-ni azərbaycanlılar, 5,8%-ni ermənilər təşkil edirdisə, köçürmələrdən sonra erməni ailələri 25,8%-ə çatmışdır. 1870-ci ildə Dərələyəz İrəvan quberniyasının tərkibində yaradılan Şərur-Dərələyəz qəzasına daxil edilmişdir. 1897-ci il məlumatına görə, Dərələyəzin sahəsi 2972,3 kv.km, əhalisi 76551 nəfər idi. Əhalinin 70,5%-i azərbaycanlı, 27,5%-i erməni olmuşdur. 1918-1920-ci illərdə Dərələyəzin azərbaycanlı əhalisi dəhşətli soyqrıma məruz qalmış, sağ qalanlar isə öz doğma yerlərini tərk etməyə məcbur edilmişlər.Sovet hakimiyyəti illərində Dərələyəz bölgəsi heç bir əsas olmadan, Azərbaycandan qoparılıb Ermənistana verilmişdir. Bütün 20 əsr boyu azərbaycanlılara qarşı aparılan soyqrım siyasəti nəticəsində onlar Qərbi Azərbaycandan (indki Ermənistan), o cümlədən Dərələyəzdən zorla deportasiya olunmuşlar. Ermənistan SSR rayonlaşdırılan zaman Dərələyəz mahalı Keşişkənd və Soylan rayonlarına bölünmüşdür.

     

    Müəllif: Redaktor, 10:11

İsmarıclar bağlıdır.