Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Noy

    Beynəlxalq Əlillər Günü bütün dünyada hər il dekabrın 3-də qeyd edilir və bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub. Onun hədəfi — ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir.
    BMT-nin məlumatına əsa-sən, onlar dünya əhalisinin ən kasıb hissəsini təşkil edir və təhsil, səhiyyə, məşğulluq sahələrində, eləcə də sosial və hüquqi yardım almaq baxımından digər cəmiyyət üzvləri ilə eyni imkana malik deyillər.
    2006-cı ildə ““Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT-nin Konvensiyasına qoşulan Azərbaycanda əlil hüquqlarının qorunması, onların sağlamlıqlarının bərpası, sosial rifahının yaxşılaşdırılması, mənzillə təminatı, peşə ixtisasına yiyələnməsi, bir sözlə, tam hüquqlu üzv kimi cəmiyyətə inteqrasiya olunması üçün tədbirlər görülür. Həmin sahələrin hər biri üzrə lazımlı addımlar atılır.
    2014-cü il iyunun 20-də dövlətimizin başçısının verdiyi Sərəncama uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların ailələri və əlillər üçün mənzillər və şəxsi evlər tikilir. Həmin kateqoriyadan olan 5560 ailəyə mənzil və ya fərdi evlər verilib, onlardan təxminən 5 100 nəfərini Qarabağ müharibəsinin əlilləri və şəhid ailələri təşkil edir.
    Bundan başqa, əlillərin protez-ortopedik məmulatlarla təmin edilməsi sahəsində də məqsədyönlü işlər aparılır. Bu il yanvar-oktyabr ayları ərzində 10,9 mindən çox əlilə protez-ortopedik bərpa xidmətləri göstərilib. Onlardan 1,3 min nəfərdən çoxu ölkəmizin ərazi bütövlüyünü və müstəqilliyi uğrunda döyüşlərdə yaralananlardır.
    Bu ilin on ayı ərzində Bakı protez-ortopedik bərpa mərkəzinin Naxçıvan və Gəncə filialları 25,8 min nəfəri protez-ortopedik alətlərlə təmin edib.
    Bərpa proqramı çərçivəsində 1266 əlil yaz-yay mövsümü zamanı Xaçmaz, Lənkəran və Quba rayonlarına istirahətə göndərilib. Bundan başqa ilin on ayı ərzində 3170 nəfər müxtəlif ixtisaslara yiyələnmək üçün peşə hazırlığı kurslarına cəlb olunub.

    Müəllif: Redaktor, 11:25

İsmarıclar bağlıdır.