Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Dek

    Bu səhər böyük şair Tofiq Yusifin ölüm xəbəri gəldi.
    Sarsıldım, dünya gözlərimdə qaraldı.
    Dəfnində iştirak etdim, son borc olaraq tabutuna çiyin verdim.
    Azərbaycan ədəbiyyatı Tofiq Yusifin timsalında ikinci Məmməd Arazını itirdi. “Yeni Tərtər” yetim qaldı.
    Çağdaş poeziyamızın Səməndər quşu idi.
    “Allah vergisiydi şair ilhamı”.
    Ömrünün payızını yaşayırdı. Elə payızın son günündə də (30.11.2021 saat 12-50 də) çox sevdiyi Ana torpağa üz qoydu.
    Böyük şair idi. İki oğul dağından manşırlanmış sinəsi poeziya vulkanlarına meydan,dərdlərdən sıralanmış Tanrı Dağlarına məkan idi.
    Bir-birindən gözəl əsərlər müəllifiydi. Amma təkcə elə “Ömrümun payızı” şeirlər kitabı ona Azərbaycan ədəbiyyatının klassikləri şəcərəsində layiqli yer tutmağı haqq edirdi.
    Tofiq Yusif bir ümman idi. Onun haqqında nə qədər danışsaq, yazsaq yenə ümmandan yalnız bir damla olar. Onun kimliyi onun əsərləridir. Oxuyaq və tanıyaq. Sevgi özü doğulacaq.
    Tofiq Yusifin Məmməd Arazın ölümünə yazdığı bir şeiri ( “Getdi”) sanki onun özü haqqında yazılıb:

    …Başında o tayın havası vardı,
    Burxulmuş baxtıynan qovğası vardı.
    Bu “əyri” dünyaynan davası vardı,
    Araza baş qoyub yatardı, getdi.
    Dönmüşdü payızda əsən yarpağa,
    Kürək söykəmişdi kövrək bulağa.
    Bu Ana Vətənə, Ana Torpağa
    Nə borcu varıydı qaytardı, getdi.
     

    Zaman götürmüşdü onu zamına,
    Dili bal qatırdı şeirin tamına.
    Yetişdi ilahi söz məqamına,
    Əlləri Tanrıya çatardı, getdi.

     

    Bu vaya ulduzlar göydən enəcək,
    Dağ haray salacaq, düz hönkürəcək.
    Üz qoyduğu torpaq şeirə dönəcək,
    Gözlərində dərya batardı, getdı…
                                                               Zabil Süleymanoğl

    Müəllif: Redaktor, 09:18

İsmarıclar bağlıdır.