Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Dek

                                                         “QİSMƏTDƏN QAÇMAQ OLMAZ”

    Bu gəlimli-gedimli dünyada hər kəsin bir qismət payı var. Və bu qismət payının necəliyini əvvəlcədən bilmək mümkün deyil. Buna “alın yazısı” da deyirlər, tale də. Həyatda qismətin nədirsə, onu görəcəksən – acısını da, şirinini də.
    Bir məsəl də var: “İnsanın əvvəli gəlincə, axırı gəlsin”. Yəni ömrün əvvəlini şad-xürrəm keçirib, sonunu əzablar içində yaşamaqdansa, əvvəldə əziyyət çək, sonda firavan yaşa. Bir məsəl də var: “Qismətdən qaçmaq olmaz”. Xülasə, taleyin qisməti sirri-billahdır, yəni bizdən asılı deyil.
    Rəşad da bilmirdi ki, onu taleyi hara aparacaq, qisməti nə olacaq. Amma arzuları və istəkləri üçün həmişə mübarizə aparırdı.
    Ermənilərin torpaqlarımızı işğal etməsi ona çox ağır gəlirdi. Onların törətdikləri vəhşilikləri eşitdikcə hirsindən dodaqlarını gəmirir, ürəyi intiqam hissi ilə alışıb-yanırdı.Həqiqətən də dünyada elə bir millət, elə bir tayfa yoxdur ki, ermənilər qədər qəddar, vəhşi, şərəfsiz və namərd olsun!
    Körpələrin, uşaqların, kiçik yaşlı qızların, qadınların və qocaların, bir sözlə, dinc insanların başlarına gətirilən müsibətlər ermənilərin hansı iyrənc xislətə malik olduqlarını isbat edir. Türk xalqına, o cümlədən bizə bəslənilən kin-küdurət onların əqrəb münasibətinin mayasını təşkil edir. Sən insan olasan, insanlığa da bu qədər nifrət edəsən! Yazıqlar olsun!!!
    Tükürpədici Xocalı soyqırımı törədiləndə Rəşadın cəmi 5 yaşı vardı. O, 1987-ci ildə Tərtərdə anadan olub. 1994-cü ildə Tərtər şəhər 1 saylı tam orta məktəbinin 1-ci sinfinə daxil olub, 2004-cü ildə həmin məktəbin 11-ci sinfini bitirib.
    2005-2007-ci illərdə Məmişov Rəşad Ələsgər oğlu Naxçıvan Muxtar Respublikasının “N” saylı hərbi hissəsinin motoatıcı bölüyündə xidmət edib. 2007-2014-cü illərdə fərdi işlə məşğul olub. Ermənilərə bəslədiyi nifrət və torpaqlarımızın azad edilməsi arzusu onu 2014-cü ildə MAXE kursunda top komandiri üzrə ixtisas almasına gətirib çıxarmış, bu kursu sertifikatla bitirmişdi. 2014-cü ildən Tərtər rayonunda “N” saylı hərbi hissədə top komandiri kimi xidmət edib. 2016-cı il Aprel döyüşlərində Tərtər – Ağdərə istiqamətində artilleriya kəşfiyyatı bölməsində xidmət edib və bu döyüşlərin canlı iştirakçısı olub Rəşad. Xidmət etdiyi müdətində daim komandirlərin verdiyi tapşırıqları layiqincə yerinə yetirib. İmtahanlardan “Nümunəvi dərəcə” alıb, şəxsi heyətə nümunə olaraq göstərilib. Hərbi hissələr arasında top atışları yarışlarında daim fəal iştirak edib.
    27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində Tərtər – Ağdərə istiqamətində top komandiri kimi döyüşüb. 27-28 sentyabrda komandanlıq tərəfindən verilən tapşırıqlara əsasən düşmən hədəflərini dayanmadan dağıdıcı top-artilleriya atəşinə tutub. Həmin günlərdə o, qisas gününün çatdığını və Azərbaycan Ordusunun tarixi Zəfər qazanacağını hiss edirdi. Onun topu vurulan zamanadək hərbi biliklərə əsaslanaraq qarşı tərəfin top zərbələrindən bütün heyəti mühafizə edirdi. İki gün idi ki, gedən ağır döyüşlərdə düşmən Rəşadın və onun topçu heyyətinin durduğu mövqeyi təyin edə bilmirdi. Lakin son dəfə Rəşadın atdığı top mərmiləri ilə eyni anda düşmənin atdığı top mərmisi nəticəsin də Rəşad başından, qolundan və qarın nahiyyəsindən ağır qəlpə yarası alır. Əsgər yoldaşlarının köməkliyi ilə döyüş gedən ərazidən çıxarılaraq Ağdam rayonunda yerləşən Sarıcalı hospitalına aparılır. Vəziyyəti ağır qiymətləndirilir və helikopterlə Bakı Hərbi Hospitalına göndərilir. 41 gün komada qaldıqdan sonra hərbi hospitalda çalışan həkimlərin sayəsində yenidən həyata dönə bilir. 6 ay sonra 2-ci dəfə əməliyyat olunaraq başının sağ tərəf nahiyyəsinə titan qapaq qoyulur. Hal-hazırda səhhətində onu narahat edən problemlər var.
    Bu vətənpərvər igidimiz ailəlidir, üç qız övladı var. Böyük qızı Nərminə Tərtər şəhər 1 saylı tam orta məktəbin 3-cü sinif şagirdidir, Nuray isə həmin məktəbin məktəbəhazırlıq qrupunda təhsil alır. Rəşad komada olanda, yəni 2020-ci il 24 oktyabr tarixində Zeynəb adlı bir qız övladı dünyaya gəlir.
    Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 18 dekabr tarixli Sərəncamı ilə 44 günlük Vətən müharibəsinin və “Dəmir yumruq” əməliyyatının iştirakçısı kimi döyüşlərdə göstərdiyi şücaətə görə “Cəsur Döyüşçü” medalı ilə təltif olunub.
    Beləcə, Rəşad Məmişovun qismətinə acı sonluq düşsə də, tarixi Zəfər yolunda öz sağlamlığını itirsə də, düşmənlərdən qisas aldığına, dədə-baba torpaqlarımızın 30 illik işğaldan azad olunmasında döyüşdüyünə görə böyük qürur hissi keçirir.

    Eldəniz Əmirov,
    Tərtər şəhəri,
    Əli İsmayılov küçəsinin sakini,
    suvarma sistemləri idarəsinin mühəndisi

     

    Müəllif: Redaktor, 09:39

İsmarıclar bağlıdır.