Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Dek

    KÜÇƏMİZƏ İGİD DÖYÜŞÇÜNÜN ADI VERİLİB

    Bu yaxınlarda küçəmizə Vətən müharibəsi şəhidi, “Azərbaycan Bayrağı” ordenli Aslan Hüseynovun adı verilib. Cəsur döyüşçü haq-qında daha çox məlumat toplamaq qərarına gəldim. Öyrəndim ki, Aslan Hüseynov 1985-ci il oktyabrn 6-da Tərtər rayonunun Qaradağlı kəndində anadan olub. Ailəli idi. Bir oğlu, bir qızı atasız böyüsələr də, onlar bütöv bir xalqın sevgisi ilə əhatə olunublar. Ataları ilə həmişə qürur duyurlar. Çünki Azərbaycanımıza, bizim hər birimizə Qələbə sevincini yaşadan qəhrəmanlarımız heç zaman unudulmayacaq. Onlar ölməyiblər, ən uca zirvəyə – şəhidlik məqamına çatıblar.
    Azərbaycan Ordusunun giziri olan Aslan Hüseynov Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sentyabrın 30-da burada gedən qızğın döyüşlər zamanı şəhid olub. Tərtər rayonunun Qaradağlı kəndində dəfn olunub.
    Aslan Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
    Biz məktəblilər hər səhər küçəmizə vurulmuş lövhənin yanından keçəndə, qəhrəmanın göstərdiyi şücaətlər haqqında düşünürük. Qəlbimizdən sonsuz qürur və iftixar hissi keçir. Fəxr edirik ki, bütöv, güclü, yenilməz Azərbaycanımızda yaşayır və təhsil alırıq.

    Günay Əlizadə,
    şəhər 1 saylı tam orta
    məktəbin şagirdi

     

    Müəllif: Redaktor, 08:53

İsmarıclar bağlıdır.