Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Dek

    Aslan Kərimov adına şəhər 3 saylı ümumi orta məktəbdə Azərbaycan Res-publikasının ərazi bütövlüyü uğrunda aparılan Vətən müharibəsində iştirak etmiş qazilərlə görüş keçirildi. Əvvəlcə dövlət himni səsləndirildi və hər iki müharibədə canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla anıldı.
    Görüşə Birinci Qarabağ müharibəsində və Vətən müharibəsində şücaət göstərərək əlil olmuş qazilərdən Vəkil Vəliyev, Mətləb Əliyev, İlqar Salmanov, Misir Axundov və mətbuat nümayəndələri dəvət olunmuşdular. Tədbir məktəbin müəllim və şagirdlərinin iştirakı ilə keçirildi.
    Məktəbin şagirdləri hər iki müharibədə iştirak etmiş qazilərə müharibənin dəhşətləri barədə müxtəlif suallar verdilər. Qazilər bu cür tədbirlərin tez-tez keçirilməsindən razılıqlarını bildirərək, Ordumuzun göstərdiyi şücaətlərdən söz açdılar. Vəkil Vəliyev, Mətləb Əliyev Birinici Qarabağ müharibəsində nizami ordunun olmadığından və texnikanın azlığından, İlqar Salmanov, Kürdoğlu Abbaslı və Misir Axundov Vətən müharibəsində Müzəffər Ordumuzdan, xalqla-ordunun birliyindən, ən başlıcası, Ordunun başında dayanan Ali Baş Komandana inamdan irəli gələn bir döyüşlərin aparıldığından söz açdılar.
    Sonra məktəbin psixoloqu Küşvarə Cəfərova, tarix müəllimi Kifayət Kərimova çıxış edərək, qazilərə öz xoş sözlərini ünvanladılar. Sonda məktəbin şagirdləri şəhidlər haqqında vətənpərvərlik mövzusunda şeirlər söylədilər. Xatirə şəkilləri çəkildi.

    Müəllif: Redaktor, 08:58

İsmarıclar bağlıdır.