Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Dek

    Fransanın Azərbaycandakı səfiri Zakari Gros, Milli Məclisin deputatları Kamal Cəfərov və Soltan Məmmədov işğaldan azad olunmuş Suqovuşan kən-dində aparılan yenidənqurma işləri ilə tanış olmaq məqsədi ilə rayonumuza səfər ediblər.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqlara Suqovuşan kəndində həyata keçirilən layihələr barədə məlumat verib. Bildirib ki, Qarabağımızın digər işğaldan azad edilmiş guşələri kimi, Suqovuşana da həyat yenidən qayıdır. Kənd işğaldan azad edildikdən sonra burada quruculuq, təmir-bərpa işlərinə start verilib. İlk olaraq ərazinin mina və partlamamış sürsatlardan təmizlənməsinə başlanılıb. Qısa vaxtda uzunluğu 28,8 kilometr olan Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolu ikinci texniki dərəcəyə uyğun yenidən qurulub. Suqovuşana 110/35/6 kV-luq Tərtər yarımstansiyasından 35 kV-luq yeni elektrik veriliş xətti çəkilib, qəsəbənin daxili şəbəkəsində 0,4 kV hava xətləri bərpa edilib. Qəsəbə elektrik enerjisi ilə təmin olunub. Gücü 4,8 meqavat olan “Suqovuşan-1” və gücü 3 meqavat olan “Suqovuşan-2” stansiyalarında təmir-bərpa işləri aparılıb. Tərtər və ətraf rayonların suvarma suyu ilə təmin olunmasında mühüm əhəmiyyətə malik Suqovuşan su anbarında təmir işləri həyata keçirilib.
    Diqqətə çatdırıb ki, 1976-cı ildə istismara verilən və ümumi həcmi 5,86 milyon kubmetr olan Suqovuşan su anbarından Tərtər, Ağdərə, Goranboy, Yevlax, Bərdə, Ağdam və Ağcabədi rayonlarının ümumilikdə 96 min 217 hektar torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi nəzərdə tutulub. 28 il ərzində Suqovuşan su anbarı işğal altında olduğundan torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdı. Bundan başqa suyun bura-xılmaması Tərtərçayda kəskin ekoloji problemlər də yaratmışdı.
    Artıq Suqovuşan su anbarından Tərtərçaya suyun buraxılması nəticəsində Tərtər, Goranboy, Bərdə və Yevlax rayonlarına suyun verilməsi təmin olunub. Bu isə o deməkdir ki, ermənilərin ekoloji terroru səbəbindən 30 ilə yaxındır ki, susuz qalan torpaqlara yeni həyat gəlib.
    Sonra nümayəndələr Tərtər rayonunun Talış kəndində ermənilər tərəfindən viran qoyulmuş rus-pravoslav və alban-udi kilsəsində olublar.
    Suqovuşan və Talış kənd-lərini ziyarət edən qonaqlar daha sonra Tərtər şəhərinə gəliblər. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı bölmələri tərəfindən rayonun yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dəymiş zərər barədə məlumat verib.
    Qonaqlar sonra Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən, ermənilərin Azərbaycana qarşı ərazi iddialarını ifşa edən “Marağa-150” abidəsi ilə tanış olublar. Sonda rayon rəhbəri Fransanın Azərbaycandakı səfiri Zakari Grosa Qarabağ atlarının şəkli olan tablo hədiyyə edib.

     

    Müəllif: Redaktor, 09:27

İsmarıclar bağlıdır.