Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Dek

    Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar YAP rayon təşkilatı və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon təşkilatı ərazi partiya təşkilat sədrləri, idarə və təşkilat rəhbərlərinin iştirakı ilə “Ümummilli Lider Heydər Əliyevin siyasi irsi, müasirlik və gələcək inkişaf pers-pektivləri” mövzusunda tədbir keçirilib.
    Öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzərək, xatirəsini dərin ehtiramla anıblar.
    Tədbir rayonun Heydər Əliyev Mərkəzində davam etdirilib.
    İştirakçılar mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotostendlə tanış olublar.
    Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra, rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Ramiz Şabanov məruzə ilə çıxış edib. Qeyd olunub ki, Heydər Əliyev Azərbaycan xalqının milli xilaskarıdır. Onun 15 iyun 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışı ölkənin və xalqın Milli Qurtuluşu olmaqla, eyni zamanda, Milli Dirçəlişin başlanğıcıdır.
    2003-cü ildə Ulu Öndərin vəfatından sonra Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev cənabları məhz Heydər Əliyev ideyalarının dönmədən həyata keçirilməsini təmin edərək, bugünkü qüdrətli, hərtərəfli inkişaf etmiş Azərbaycan dövlətini sürətli inkişaf yolu ilə irəli aparır. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində 44 günlük Vətən müharibəsində ölkənin ərazi bütövlüyünün təmin edilməsi də məhz Ulu Öndərin yaratdığı idarəetmə konsepsiyasının təntənəsidir.
    Tədbirdə mərkəzin direktoru Səlimə Yusibova, Qapanlı kənd tam orta məktəbin direktoru Fitat Əliyeva, rayon “Avtobaza ASC”nin sədri Məhəbbət Məmmədov, şəhər 2 saylı məktəb-liseyin müəllimi Aybəniz Mustafayeva, şəhər 6 saylı tam orta məktəbin müəllimi Tahirə Quliyeva, Tərtər şəhər İƏD üzrə nümayəndə Sahib Həsənov, şəhər 1 saylı tam orta məktəbin müəllimi Sevinc Tağıyeva və şəhər 6 saylı tam orta məktəbin direktoru Azad Abbasov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün gördüyü işlərdən danışıb, Ulu Öndərin zəngin irsindən gələcək nəsillərin də bəhrələnəcəklərini bildiriblər.
    Sonda tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin keçdiyi tarixi yolu özündə əks etdirən videoçarxa baxıblar.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 09:36

İsmarıclar bağlıdır.