Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Dek

                                                               VAR OLSUN ÇİÇƏKLƏNƏN VƏTƏNİMİZ!

    Mən Tərtərdə doğulub boya-başa çatmışam, şəhər 5 saylı orta məktəbini bitirmişəm. Həyat yoldaşım isə rayonumuzun Xoruzlu kəndindəndir.
    Tale elə gətirdi ki, ailə qurandan sonra Ukraynaya köçdük. Artıq uzun illərdir, Melitopolda yaşayırıq. Övladlarımız bu ölkədə böyüyüblər, indi isə nəvələrimiz böyüyür.
    Vətəndən uzaqda yaşasaq da, Azərbaycan hər birimizin ürəyindədir. Ukrayna dilinə, bu xalqın adət-ənənələrinə hörmətlə yanaşırıq, ancaq danışdığımız dil Azərbaycan dilidir. Övladlarımıza, nəvələrimizə də bu dili öyrətmişik.
    Dünyanın müxtəlif guşələrinə səpələnmiş həmvətənlərimiz kimi, biz də Azərbaycanın apardığı 44 günlük müharibənin gedişini diqqətlə izləyirdik. Cəbhədən gələn hər bir qələbə xəbərini bayram kimi qeyd edirdik. Şuşa-nın alınması, ermənilərin kapitulyasiya aktına qol çəkməsi ilə müharibənin başa çatmasını Ukraynada yaşayan bütün azərbaycanlılar böyük coşqu ilə qarşıladılar.
    Bu gün də Vətənimizdə baş verən prosesləri diqqətlə izləyirik. Sevimli Prezidentimiz, Qalib Sərkərdə İlham Əliyevin diplomatiya sahəsində qazandığı uğurları, Qarabağımızda və Şərqi Zəngəzurda görülən misilsiz işləri ürəkdən alqışlayırıq.
    Prezident İlham Əliyev xarici jurnalistlərə müsahibələr verəndə, mötəbər beynəlxalq tədbirlərdə çıxış edəndə, biz televiziya ekranları qarşısından ay-rılmırıq. Qürur duyuruq. Öz Prezidentimizlə, Vətənimizlə, xalqımızla.
    Dekabrın 15-də Belçika Krallığının paytaxtı Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammitində cənab İlham Əliyevin qazandığı böyük diplomatik qələbə bütün dünya azərbaycanlılarını ürəkdən sevindirir.
    Ailəmiz adından, Ukraynada yaşayan bütün həmvətənlərimiz adından Sizi 31dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edirəm. Var olsun Azərbaycanımız! Var olsun Qalib Sərkərdə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev!

    Elmira Abbasova-Sultanova,
    Ukrayna, Melitopol

    Müəllif: Redaktor, 08:46

İsmarıclar bağlıdır.