Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Dek

    2021-ci ildə rayonumuza səfər edən çoxsaylı xarici qonaqlar erməni vəhşiliyinin şahidi olublar. BMT-nin İnkişaf Proqramının Gender Məsələləri üzrə müşaviri Reyçel Uerhem, Fransanın Azərbaycandakı səfiri Zakari Qros, Bolqarıstanın Ayrıseçkiliyə qarşı Müdafiə üzrə Komissiyasının sədri Ana Cumaliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanda Akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələri, Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) sədri Süleyman Arslanın rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri və yüzlərlə digər xarici qonaq Vətən müharibəsi dövründə ən çox atəşə məruz qalmış rayon olan Tərtərdə beynəlxalq hüququn qaydalarının ermənilər tərəfindən pozulması faktlarını yerindəcə görüblər.
    Qonaqlara günahsız dinc sakinlərin qətlə yetirilməsi, mülki obyektlərə, habelə infrastruktura ziyan vurulması barədə məlumat verilib.
    Bununla yanaşı, rayonumuza səfər edən xaricilər rayon sakinlərinin əzmkarlığını, vətənpərvərliyini, dövlətimiz ətrafında sıx birləşdiklərini yüksək qiymətləndiriblər.
    Elə bu birliyin nəticəsidir ki, rayona dəymiş ziyan qısa müddətdə aradan qaldırılır.

     

    Müəllif: Redaktor, 09:20

İsmarıclar bağlıdır.