Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Dek

    Bütün həyatını Azərbaycanın çiçəklənməsinə həsr edən Ulu Öndərin indi ruhu şaddır. Onun ən müqəddəs arzuları həyata keçib. Qarabağımız azaddır. Ölkəmizin ərazi bütövlüyü təmin edilib. Bu torpaqlarda bərpa-quruculuq işləri aparılır. Tezliklə məcburi köçkünlərin ata-baba yurdlarına qayıtması təmin ediləcək. Dünya heyranlıqla Azərbaycanda görülən işləri izləyir. Çünki atılan addımlar, xüsusilə Zəngəzur dəhlizinin açılması təkcə Azər-baycanın tranzit və logistika imkanlarını genişləndirmir, Zəngəzur dəhlizinin açılma-sı ilə həm “Şərq-Qərb”, həm də “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin imkanları genişlənəcək. Azərbaycanla Türkiyənin dünyada siyasi əhəmiyyəti daha da artacaq.
    2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciət edən Ulu Öndər Heydər Əliyev deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram”.
    Zaman bu sözlərin nə qədər doğru olduğunu bir daha təsdiqlədi. Bu gün Azərbaycan Ümummilli Liderimizin layiqli siyasi davamçısı İlham Əliyevin rəhbərliyi ilə öz tarixinin ən parlaq dövrünü yaşayır.Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsi münasibəti ilə xalqa müraciətində demişdir: “Mən bu gün eyni zamanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik. Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır”.
    Ulu Öndər Azərbaycan Ordusunu yaratdı, İlham Əliyev isə bu Ordunu dünyanın ən güclüləri sırasına çıxararaq, illərlə ürəyimizdə bəslədiyimiz arzuları gerçəkləşdirdi. Vətənimizin güçünü və qüdrətini bütün dünyaya nümayiş etdirdi. Verdiyi vədə şərəflə əməl edən sevimli Prezidentimizə əbədi minnətdarıq.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 09:41

İsmarıclar bağlıdır.