Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Yan

    Daim özünün xeyirxah ənənələri ilə seçilən şəhər 1 saylı tam orta məktəbinin müəllim və şagird kollektivlərinin üzvləri, valideynlər qazi və şəhid ailələrində olublar. Direktor əvəzi İntiqam Nuriyevin, müavinlərdən Ziyafət Rüstəmovanın, Tofiqə Ələkbərovanın, Ələmdar Eminovun, müəllimlərdən Ramilə Heydərovanın, Aliyə Balakişiyevanın, Ülviy-yə Məmmədovanın, Mehriban Məmmədovanın və başqalarının, həmçinin şagird və valideynlərin bu təşəbbüsdə yaxından iştirak etmələri həmrəyliyimizin daha bir nümunəsi oldu. Onlar həmin ailələrdə olaraq bu insanlara unudulmamaq hissini yaşatdılar, şagirdlərə isə unutqan olmamağı aşıladılar.
    Məktəbin direkitor müavini Ziyafət Rüstəmova deyir ki, şəhidlərimizin ruhu qarşısında, qazilərimiz qarşısında mənəvi borcumuzu azacıq da olsa ödədiyimiz üçün rahatlıq tapdıq.
    Şəhid ailələrinin üzvləri və qazilər isə qonaqlara öz təşəkkürlərini bildirərək söyləyiblər ki, dövlətimiz onlara hər cür maddi və mənəvi dəstək göstərir. Bununla yanaşı, şəhid analarının da, qazilərimizin də bu həmrəyliyə böyük ehtiyacı var. Çünki ən böyük dərd birlikdə çəkiləndə bir az yüngülləşir. Belə görüşlərin şagirdlərin vətənpərvərlik tərbiyəsinə də böyük təsiri var.
    Bu cür tədbirlər yalnız bayramlarda deyil, ilboyu davam etdiriləcək.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 12:12

İsmarıclar bağlıdır.