Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Yan

    Şəhər 6 saylı tam orta məktəbində 44 günlük Vətən Müharibəsində böyük qəhrəmanlıq və şücaət göstərərək şəhidlik zirvəsinə ucalan baş leytenant, Murov fatehi, Kəlbəcərin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan Qənbər Qənbərlinin adına verilmiş sinfin açılışı olub.
    Tədbirdə Qənbər Qənbərlinin valideynləri, şəhid ailələri, qazilər, veteranlar, müəllimlər və şagirdlər iştirak ediblər.
    Məktəbin dil-ədəbiyyat müəllimi, V “b” sinfinin rəhbəri, Əməkdar müəllim Tahirə Quliyeva bildirib ki, məqsəd şəhidimizin adını əbədiləşdirmək, bugünkü şagirdlərimizə Qənbər Qənbərlinin və onun timsalında minlərlə şəhidimizin keçdiyi ömür yolunu tanıtmaq, böyüyən nəsli vətənpərvərlik ruhunda tərbiyə etməkdir. O deyib ki, bu, şəhidlərimizin qarşısında borcumuzun bir zərrəsidir.
    Şükürlər olsun ki, Qənbər kimi oğulların qanı yerdə qalmadı. Bu böyük Qələbəni bizə yaşatdıqlarına görə şəhidlərimizə, qazilərimizə borcluyuq. Onlar Ali Baş Komandanın dəmir yumruğu ətrafında birləşərək, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər.
    Sonra məktəbin V “b” sinfinin şagirdi Elza Əliyeva Qənbər Qənbərlinin həyatı və döyüş yolu barədə məlumat verdi. Şəhidin döyüş yoldaşı Zamiq Qarayevin cəsur komandir haqqında maraqlı xatirələrini danışdı. Qeyd etdi ki, bir komandir kimi Qənbər Qənbərli özü həmişə irəlidə gedir və əsgərləri də arxasınca aparırdı. O, daim onları çətin vəziyyətlərdən xilas edir və bu zaman öz həyatını təhlükəyə atırdı.
    Müharibə bitdikdən sonra Qənbərdən 8 ay xəbər gəlmədi. 8 aydan sonra onun cansız bədəni Murovdağda qarın altından tapılmışdı. O, 2021-ci il mayın 22-də Kəngərli kənd qəbristanlığında dəfn olundu.
    Sağlığında “Azərbaycan Ordusunun 100 illiyi” medalı ilə təltif olunmuş Qəhrəman baş leytenantımız Qənbər Qənbərli hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölümündən sonra 3 dərəcəli “ Rəşadət” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.
    Qənbərlinin Melisa adında bir qızı bizə yadigar qalıb.
    Çıxış edənlər şəhidin valideynləri Gülnarə anaya və Bəhruz ataya belə cəsur və vətənpərvər oğul böyütdüklərinə görə çox təşəkkür etdilər.
    Tədbirdə şəhidin valideynləri, qardaşı Qorxmaz, bacısı Zəhra, Aprel şəhidimiz Nicat İsgəndərovun atası Bəhruz İsgəndərov, Beynəlxalq Əlillər Cəmiyyətinin Qarabağ regionu üzrə nümayəndəliyinin rəhbəri Həsənağa Bayramov bu təşəbbüsün və tədbirin təşkilatçısı Tahirə Quliyevaya, bütün məktəb kollektivinə, şagirdlərə öz təşəkkürlərini bildirmişlər.
    Şəhid Qənbər Qənbərli və onun kimi bu uca məqama yetişmiş Vətən oğulları ölməyiblər. Bu xalq, böyüyən gənc nəsil onları daim öz qəlbində yaşadacaq.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 12:16

İsmarıclar bağlıdır.