Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Yan

    Rayon İcra Hakimiyyətində keçirilən görüşdə rayon rəhbəri Müstəqim Məmmədov qonaqları salamlayaraq 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbədən danışıb. Qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan şanlı Qələbədə Ordumuzun, döyüşlərdə iştirak edən əsgər və zabitlərimizin qəhrəmanlığı heç zaman unudulmayacaq. Biz döyüşlərdə şəhid olmuş soydaşlarımızın ruhu qar-şısında baş əyir, onlara Ulu Tanrıdan rəhmət diləyirik. Eyni zamanda, qanlı döyüşlərdə yaralanıb qazi olmuş vətəndaşlarımız da vardır. Dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinin və qazilərin yanındadır. Onların problemlərinin həlli istiqamətində böyük işlər görülür.
    Görüşdə çıxış edənlər şəhidlərimizin qanının yerdə qalmadığını, tarixi bir Zəfərin qazanıldığını və bu qələbədə hər bir əsgərin Vətən qarşısındakı borcunu şərəflə yerinə yetirdiyini söyləyiblər. Qeyd olunub ki, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.
    Çıxış edən şəhid valideynləri və qazilər onlara göstərilən xüsusi diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
    Görüşün sonunda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən “Şəhid ailələrinə, qazilərə və veteranlara göstərdiyi diqqət və qayğıya, həmçinin 44 günlük Vətən Müharibəsi günlərində arxa cəbhədə xüsusi xidmətlərinə görə” diplom təqdim olunub və şəhid polkovnik-leytenant, Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin atası Vaqif Əliyev tərəfindən kitablar hədiyyə edilib.

     

    Müəllif: Redaktor, 13:11

İsmarıclar bağlıdır.