Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Yan

                                                           QARŞIDA BİZİ ŞUŞALI GÜNLƏR GÖZLƏYİR

    Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən 2022-ci ilin “Şuşa ili” elan edilməsi nəinki Azərbaycan xalqını, bütün türk dünyasını sevindirdi. Bu xəbər yeni il gecəsinə xüsusi bir əhval-ruhiyyə, Şuşa abu-havası gətirdi.
    Ulu Öndər Heydər Əliyev Şuşa haqqında demişdir: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının da-im qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir”.
    Ümummilli Liderimizin ən layiqli siyasi varisi olan Prezident, Ali Baş Komandan İlham Əliyevin gərgin, yorulmaz fəaliyyətinin bəhrəsi olaraq, nəhayət, 28 ildən sonra Şuşa şəhəri işğaldan azad edildi. Ata vəsiyyətini şərəflə yerinə yetirən Qalib Sərkərdə sonsuz qürur hissi ilə bu xəbəri xalqa çatdırdı: “Şuşa indi azaddır. Biz Şuşaya qayıtmışıq. Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim Şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”
    Mənfur düşmən Azərbaycanın incisi olan Şuşa şəhərini tanınmaz hala salmışdır. Qələbəmizdən ötən bir ildən artıq müddətdə burada bərpa işlərinə başlanılmış, bir sıra mədəni tədbirlər keçirilmiş, qədim şəhər yenidən öz qoynunda minlərlə qonağı, o cümlədən xarici qonaqları qarşılamışdır.
    2021-ci ilin iyun ayının 15-də Şuşa şəhərində Azərbaycan ilə Türkiyə arasında tarixi Bəyannamə imzalanmışdır. Şuşa Bəyannaməsi geniş geosiyasi məkanda sabitliyin, təhlükəsizliyin, sosial-mədəni və iqtisadi tərəqqinin yeni mərhələyə keçməsini təmin edə biləcək sənəddir.
    Beləliklə də, 2022-ci ildə 270 illiyini qeyd edəcəyimiz Şuşa şəhərinin bərpasının sürətləndirilməsi üçün bölgədə sülhün və əmin-amanlığın təmin edilməsi də daim diqqət mərkəzində olan məsələlərdən biridir və bu da tarixi Şuşa Bəyannaməsində öz əksini tapıb.
    Şuşa haqqıında danışmaqla mövzu bitmir. Nə yaxşı ki, bundan sonra biz daim Şuşalı günlər yaşayacaq, bunun gözəlliyindən zövq alacağıq.

    Svetlana Bağırova

    Müəllif: Redaktor, 13:49

İsmarıclar bağlıdır.