Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Yan

                                                                YARALANSA DA, DÖYÜŞÜ DAYANDIRMAYIB

    Bu yaxınlarda bir ailənin çay süfrəsinin qonağı oldum. Rayonumuzda yaşayan Axundovlar ailəsinin. Vətən müharibəsi iştirakçısı olmasam da, bu ailənin övladı Misir Axundov haqqında məqalə yazmağı özümə borc bilib, qürur sandım.
    Onlar şəhərimizin Əli İsmayılov küçəsində yaşayırlar. Ailə başçısı Hilal Axundov 1979-cu ildə Ağdərə rayonunun Umudlu kəndində anadan olub. Mətanət Ələkbərova 1978-ci ildə Tərtərdə doğulub. Ailənin 3 oğlan və 1 qız övladı var: Misir, İsmayıl, Nurlan və Fidan. Misir orta məktəbi bitirdikdən sonra 2018-ci ildə Gəncə Dövlət Regional Kollecinə daxil olub.
    2019-cu ilin 5 iyulunda həqiqi hərbi xidmətə çağrılıb. O, “Həmlə əməliyyatı” taborunda kəşfiyyatçı məsafə ölçən vəzifəsində şərəflə xidmət edib. Həmin tabor Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində döyüşlərdə iştirak edib. Misir Axundov bir kəşfiyyatçı kimi düşmənin texnikası barədə məlumatları, postlarının koordinatlarını rabitə vasitəsi ilə komandirlərinə məruzə edirdi.
    Oktyabrın 2-də Cəbrayıl istiqamətində gedən ağır döyüşlərdə o, bud nahiyəsindən yaralanıb. Yoldaşı onun yarasını sarıyıb, qanaxmanın qarşısını alandan sonra yaralı olmasına baxmayaraq, düşmənin koordinatlarının komandirə ötürülməsinə nail olub. Məlumatları ötürəndən sonra düşmənin atdığı top mərmisinin onların yaxınlığına düşməsi nəticəsində Misir başından ağır qəlpə yarası alıb. Zərbənin təsirindən qanaxmadan huşunu itirən Misir bir gün düşmən ərazisində neytralda qalandan sonra əsgər yoldaşları onu çıxartmağı bacarıblar. Üç gün huşunu itirən Misirin öldüyünü zənn ediblər. Ani bir refleks təsirindən sağ olduğu bilinib və o, təcili olaraq Bakı şəhər Gömrük Hospitalına götürülüb. Həkimlərin səyi nəticəsində ağır beyin əməliyyatından sonra Misir yenidən həyata qaytarılıb. İlk əməliyyatından 6 ay sonra təkrar komaya düşüb. Yenidən ikinci dəfə parçalanmış sol təpə sümüyü titan ilə əvəz olunub. Hal-hazırda həkimlərin nəzarəti altında olan Misir Axundovun vəziyyəti orta qiymətləndirilir və müalicəsi davam etdirilir.
    İkinci Qarabağ mühari-bəsində göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamları iıə əsgər Misir Axundov “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
    Azərbaycan Respublikasının bütövlüyü və suverenliyi uğrunda canını fəda etməyə hazır olan Misir Axundov kimi igidlər yüzlərlə yox, minlərlədir. Bu igidlərin hər biri yüzlərlə düşməni məhv etməyə qadirdilər.
    Axundovlar ailəsi şəhid və qazi ailələrinə göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarına, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasında yaranan “YAŞAT” Xeyriyyə Fonduna, Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədova minnətdarlıqlarını bildirirlər.

    Eldəniz Əmirov,
    rayon suvarma sistemləri idarəsinin mühəndisi,
    Əli İsmayılov küçəsinin sakini

    Müəllif: Redaktor, 09:36

İsmarıclar bağlıdır.