Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Mar

    Ümid həmişə bizimlədir

    Tərlan Əliyeva Tərtər Mərkəzi Rayon Xəstəxanasında onkoloq-cərrah işləyir.1986-cı ildə Bakıdakı kimya-biologiya təmayüllü məktəbi, 1994-cü ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib. İlk iş yeri Milli Onkologiya Mərkəzidir. Təcrübəsindən bəhrələndiyi ilk həkim onkoginekoloq Svetlana Mirzəyəvadır. 1995-ci ildən təyinatla rayonumuza gəlib.Изображение 089

    Atalar yaxşı deyiblər ki, «Elin gözü tərəzidir». Mən Tərlan həkimi görməmişdim və tanımırdım, ancaq tərtərlilərin ona olan hörməti və inamı haqqında çox eşitmişdim. Onun qəbulunda olan xəstələr həkimin peşəkarlığı ilə yanaşı insanpərvərliyini, xəstənin sağalması üçün nəinki iş vaxtı, işdən sonra da əlindən gələni əsirgəməməsini  yüksək qiymətləndirirlər.

    Beynəlxalq Qadınlar Günü ərəfəsində Tərlan xanımla görüşüb söhbət etdim. İlk sualım belə oldu:

    ­­­– Nə zaman sevinirsiniz?

    – Əsrin bəlası olan onkoloji xəstəlikləri vaxtında, ilkin mərhələdə aşkar edib, insanları  düzgün istiqamətləndirəndə özümü çox rahat hiss edirəm. Buna nail olmaq üçün isə maarifləndirici tədbirləri genişləndirməliyik. Hal-hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən keçirilən əhalinin pulsuz müayinəsini biz həkimlər, xüsusən də onkoloq həkimlər alqışlayırıq.

    – Bəs nə zaman kədərlənirsiniz?

    – Xəstə qəbula gec gələndə… Amma, əlbəttə ki, hər şey bizi Yaradanın əlindədir və ən çətin hallarda belə ümidimi itirmirəm və bunu qarşımdakı insanlara da aşılamağa çalışıram.

    Tərlan həkimin ailəsində iki övlad böyüyür. Həyat yoldaşı ixtisasca mühasibdir, Qarabağ müharibəsi veteranıdır. Torpaq uğrunda mübarizə aparan bir insan kimi Tərlan xanımın insanların həyat uğrunda apardığı mübarizəni yüksək qiymətləndirir.

    Bayramınız mübarək, Tərlan həkim! Rayonumuzun bütün qadın tibb işçilərini Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir və sizlərə cansağlığı, çətin və şərəfli işinizdə uğurlar arzulayırıq.

    «Yeni Tərtər»     

    Müəllif: Redaktor, 11:14

    Teqlər:

İsmarıclar bağlıdır.