Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,237
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Yan

    Yanvarın 12-də Tərtər rayon Mədəniyyət Mərkəzinin səhnəsində Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi tərtərlilərə M.F.Axundovun “Hekayəti-Müsyö Jordan və dərviş Məstəli şah” komediyasını təqdim edib.
    Tamaşadan öncə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək yaradıcı heyəti salamlayıb. O, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciətində 2022-ci ili “Şuşa ili” elan etməsini 2021-ci ilin may ayının 7-də Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsinin davamı olduğunu bildirib.
    Qeyd edib ki, “Şuşa ili”nin ilk günlərində Şuşa teatrının qonağımız olması bizi ürəkdən sevindirir. Çünki Şuşa şəhəri bütün xalqımız üçün əzizdir və möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, Şuşa milli mədəniyyətimizin, incəsənətimizin beşiyidir.
    2020-ci ilin noyabrın 8-də Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz Şuşanı işğaldan azad etməklə, Vətən müharibəsində tarixi qələbəyə imza atdı. 2022-ci ilin “Şuşa ili” elan olunması ilə bağlı ölkə rəhbərinin Sərəncamı həm Şuşanın, həm də Azərbaycan mədəniyyətinin inkişafına öz töhfələrini verəcək.
    Sonra Şuşa Dövlət Musiqili Dram Teatrının təşkilatı işlər üzrə direktor müavini Elnurə Abdullayeva çıxış edərək, böyük mütəfəkkir Mirzə Fətəli Axundovun yaradıcılığı haqqında, onun dram əsərləri haqqında məlumat verib. Qeyd olu-nub ki, tamaşanın quruluşcu rejissoru əməkdar artist Loğman Kərimovdur. Rollarda əməkdar artist Azad Məmmədov, Püstəxanım Zeynalova və başqaları oynayırlar.
    Göstərilən tamaşa tərtərlilərin alqışları altında bitib.
    Sonda rayon icra hakimiyyətinin başçısı tərəfindən teatrın yaradıcı heyətinə xatirə hədiyyəsi təqdim olunub.

     

     

     

     

     

     

     

    Müəllif: Redaktor, 10:22

İsmarıclar bağlıdır.