Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Yan

    Ölkə ərazisində 19 yanvar tarixindən 26 yanvar 2022-ci il tarixədək təmizlik-abadlıq həftəsi keçirilib. Bu tədbirə rayonun idarə, müəssisə və təşkilatları ilə birgə rayon sakinləri də cəlb edilmişlər.
    İdarəmiz üzrə təmizlik həftəsində görüləcək işlər barədə tədbirlər planı tutulmuş və görülməsi nəzərdə tutulan işlərin qrafiki tərtib edilmiş, işlərin mütəşəkkil icrasına məsul şəxslər müəyyənləşdirilmişdir. Təmizlik həftəsində işlərin görülməsinə 1 ədəd yedəkli traktor, 2 ədəd “KamAZ” markalı, 1 ədəd “Şaqman” markalı yükdaşıyan maşın, 2 ədəd yükləyici və 270 nəfər işçi qüvvəsi cəlb edilmişdir.
    Şəhərin Sahil, Şah İsmayıl Xətai, Cavanşir, Teymur Rəhimov, Elman Hüseynov küçələrində, Heydər Əliyev prospektində, Tərtər-Bərdə, Tərtər-Gəncə, Tərtər-Suqovuşan yollarında təmizlik-abadlıq, ağacların budanması, su arxlarının çəkilməsi və sair işlər görülmüşdür. 320 kubmetr məişət tullantıları daşınaraq zərərsizləşdirilmişdir. Bu işlərin görülməsində sürücülərdən Elbrus Məmmədov, Səməddin Məmmədov, Akif Orucov, elektrik mişarı ilə ağackəsən Vüqar Alməmmədov, briqadirlər Vüqar Əzizovun, Məhyəddin Quliyevin, Şahin Məmmədovun, Rəşad Həsənovun briqadaları, süpürgəçilər Cəmalə Səfərova, Rəqsanə Nəbiyeva, Təranə Şabanova, Məlahət Nəbiyeva, Bahar Babayeva, fəhlələrdən Elçin Əsgərov, Anar İbrahimov fərqlənmişlər.
    Təmizlik həftəsinin mütəmadi təşkili şəhər ərazisində təmizliyin qorunmasına, udduğumuz havanın gigiyenik baxımdan saflığına səbəb olur. Həm də rayon ictimaiyyəti arasında razılıq hissi ilə qarşılanır.

    Saleh Qəhrəmanov,
    Tərtər Şəhər Kommunal
    Təsərrüfatı İdarəsinin rəisi

    Müəllif: Redaktor, 08:52

İsmarıclar bağlıdır.