Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Yan

                                                              HÜSEYN ZƏFƏR TARİXİMİZLƏ FƏXR EDİR

    Mən sizə Aslan Kərimov adına şəhər 3 saylı ümumi orta məktəbin V sinif şagirdi olan Hüseyn İsayevdən danışmaq istəyirəm. Ağıllı və çalışqan şagirdimiz bu yaxınlarda məktəbimizdə V-VI siniflər arasında keçirilən “Qarabağ Azərbaycandır” adlı yarışda qalib gəlmiş və məktəb rəhbərliyi tərəfindən Fəxri fərmanla təltif olunmuşdur.
    Ötən ilin dekabr ayında Heydər Əliyev Mərkəzində “Zəfər tariximiz” adlı yarışın keçiriləcəyini eşidən Hüseyn çox həyəcanlandı və yarışmaya böyük həvəslə hazırlaşmağa başladı. Çalışqan olmaqla yanaşı, Hüseyn həm də iradəlidir. Qarşısına qoyduğu məqsədə nail olmaq üçün o, əlindən gələni etdi və qələbə qazandı. Bəli, Hüseyn İsayev rayonumuzun məktəbliləri arasında keçirilən “Zəfər tariximiz” adlı müsabiqədə birinci yerə layiq görüldü və Fəxri fərmanla təltif olundu.
    Bu ilin yanvarında isə o, rayon tarix diyarşünaslıq muzeyinin təşkil etdiyi “İstedadlarımızı tanıyaq” adlı müsabiqədə birinci yeri qazandı və bununla da yeni ildə özünün ilk uğuruna imza atdı. Bu müsabiqədən də əliboş dönməyən şagirdimiz yenə də Fəxri fərmanla təltif edilmişdir.
    Hüseyn deyir ki, mən “Dəmir yumruq” ətrafında cəmlənən ordumuz və xalqımızın qazandığı Zəfərlə fəxr edirəm. Azərbaycan torpaqlarının ərazi bütövlüyü uğrunda şəhid olanlara Allahdan rəhmət, qazilərə cansağlığı arzu edirəm.
    Biz də balaca qəhrəmanımızın bu gözəl diləyinə qoşuluruq və ümid edirik ki, onun uğurları gələcəkdə də davam edəcək. Hüseyn böyüyəndə atası kimi hərbçi olmaq arzusundadır. Bu yolda ona uğurlar diləyirik.

    Kifayət Kərimova,
    şəhər 3 saylı ümumi orta
    məktəbin tarix müəllimi

    Müəllif: Redaktor, 09:07

İsmarıclar bağlıdır.