Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Yan

    “20 Yanvar” faciəsi tariximizin qan yaddaşıdır. Artıq 32 ildir bu tarix insanlarımız tərəfindən hüznlə yad edilir. Şəhid İsmayıl Məmmədov adına 2 saylı məktəb-liseydə də “20 Yanvar” anıldı. Məktəbin 44 günlük Vətən müharibəsi şəhidi polkovnik-leytenant Anar Əliyevin adını daşıyan 6c, Elnur Hüseynov adına 7a siniflərində torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəman şəhidlərimiz və “20 Yanvar” faciəsi anıldı. Məktəbin tarix müəllimi Səbinə Zeynallı və psixoloq Vəsilə Həsənova xalqımızın yaşadığı ağrı-acılardan söz açıb, faciələr barəsində şagirdləri məlumatlandırdılar.
    Hər iki sinfin şagirdləri Birinci Qarabağ Müharibəsi və Vətən müharibəsi, həmçinin “20 Yanvar” faciəsi ilə əlaqədar geniş proqramla çıxış etdilər. Hər iki sinfin şagirdləri Rəfiqə Sabirli, Əsmər Hüseynzadə, Gülnarə Səmədova, Nigar Nadirova, Ləman Süleymanlı, Könül Əhmədova və başqaları Vətənimizin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizə həsr olunmuş şeirlər söylədilər, onların qəhrəmanlıqları haqqında söz acdılar. Məktəbdə keçirilən tədbirə şəhid valideyni, polkovnik-leytenant Anar Əliyevin atası Vaqif müəllim və Vətən Müharibəsi Qəhrəmanı əsgər Azər Abdullayev dəvət olunmuşdular. 6 c və 7 a siniflərin şagirdləri həmçinin rayonumuzun qəhrəman şəhidlərini yad edərək, şəhidlər abidəsini ziyarət etdilər.
                                                                                                                                                                           “Yeni Tərtər”

    Müəllif: Redaktor, 09:49

İsmarıclar bağlıdır.