Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 03Fev

    Məlum olduğu kimi, Azərbayycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvar ayının 30-da Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərində rəsmi səfərdə olmuşdur. On səkkiz il ərzində cənab Prezident İlham Əliyev 18 dəfə Gəncə şəhərində rəsmi səfərdə olub. Gəncə Azərbaycanın ikinci şəhəridir və ölkə Başçısının buraya diqqəti həmişə yüksək səviyyədə olub. Gəncə şəhərinin kompleks inkişaf planı həm təsdiqlənib, həm də uğurla icra edilir. Xüsusilə, qeyd etməliyik ki, Gəncəyə gedən avtomobil yolları və dəmir yolu xəttləri tam modernləşdirilib, Gəncənin səhiyyə və təhsil infrastrukturu yenilənib. Bütün bunlar Gəncə şəhərinin strateji əhəmiyyətinə və dinamik inkişafına dövlət tərəfindən göstərilən xüsusi diqqət və qayğının nəticəsidir. Hazırda Bakıdan Gəncəyə və Gəncədən Bakıya yüksəksürətli qatarlar işləyir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Gəncə Beynəlxalq Hava Limanı uzun illər bundan əvvəl yenidən qurulub.

    Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra Gəncə eyni zamanda Kəlbəcər və Laçın rayonlarının inkişafında xüsusi yer tutur və tutacaq. Çünki hazırda bizim Kəlbəcərə yeganə gedə biləcəyimiz yol Gəncədən Göygölə, Göygöldən Kəlbəcərədir. Murov aşrımından keçən bu yol faktiki olaraq sovet vaxtında olmayıb, bir cığır idi. Dövlət başçısının tapşırığı ilə qısa müddət ərzində o cığır genişləndirilib. Hazırda qış aylarında da bu yoldan rahat istifadə edilməsi üçün Murov dağının altından uzunluğu təqribən 12 km olan tunel çəkilir. Yəni, Kəlbəcərin gələcək inkişafı, vətəndaşların oraya qayıtmaları və Kəlbəcər rayonunun, eyni zamanda Laçın rayonunun təchizatı böyük dərəcədə bu bölgədən təşkil ediləcək. Ona görə də Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, Gəncə və bu zona azad edilmiş torpaqların bərpası, vətəndaşların rahat yaşaması üçün xüsusi əhəmiyyət daşıyır. Hazırda sərhəd boyunca yerləşən postlara da əsas təchizat buradan gedir. Ona görə Gəncə və Gəncənin ətrafında yerləşən ərazilərin bundan sonra da ölkəmizin həyatında, xüsusilə azad edilmiş torpaqların həyatında xüsusi rolu olacaq. Digər tərəfdən, Daşkəsən rayonunda dağ-mədən sənayesinin uğurla inkişafı da böyük dərəcədə Gəncədəki infrastrukturla bağlı olacaq. Çünki orada həm qızıl yataqları, həm də dəmir filizi yataqları mövcuddur.

    Dövlət başçısı Gəncəyə səfəri zamanı Vətən müharibəsi ərzində erməni faşist ordusu tərəfindən dağıdılmış ərazidə Memorial Kompleksin təməlini qoyulub. İkinci Qarabağ müharibəsi dövründə Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb. Şəhərə 13 raket atılıb, onlardan 8-i partlayaraq əfsuslar olsun ki, insanların həyatına son qoyub, beş raket isə partlamayıb. Bu Memorial Kompleks sayəsində bu dinc sakinlərin yaxınları təskinlik tapacaq. Bu kompleks erməni terrorunun, erməni vəhşiliyinin, erməni hərbi cinayətlərini ifşa etmək və dünya ictimaiyyətinə çatdırmaq istiqamətində çox mühüm rol oynayacaq.

    Bəli, Azərbaycan Müzəffər Ordusu, Xalq-Ordu-İqtidar birliyinin təntənəsi sayəsində erməni faşizmini məğlub etdi, ancaq o, məhv edilməyib. Erməni faşizminin bütün təzahürləri yer üzündən silinməlidir. Gərək digər ölkələr də, beynəlxalq ictimaiyyət də bu məsələdə həmrəy olsun. Erməni faşizminin XXI əsrdə törətdiyi bu dağıntılar hamı üçün gərək bir nümunə olsun ki, faşizmin yaxşısı, pisi yoxdur. Erməni havadarları, Ermənistanın arxasında dayanan dairələr də bunu bilməlidirlər, dərk etməlidirlər və bizim tarixi missiyamızı qiymətləndirməlidirlər.

     

    Müəllif: Redaktor, 13:18

İsmarıclar bağlıdır.