Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Fev

    Qəzetimizin 31 yanvar 2022-ci il tarixli sayında Svetlana Əzizovanın “Gəlin, güvəniləsi qadın olaq” sərlövhəli məqaləsi dərc olunmuşdu. Bu yazıda qaldırılan mövzu ilə bağlı deyiləsi söz çoxdur. Çünki söhbət yalnız qadınların şəxsi həyatından, onların istəklərindən deyil, bu istəklərin qurbanı olan ailələrin aqibətindən və belə ailələrdə böyüyən uşaqların taleyindən gedir.

    Hazırda rayonumuzda boşanmaların sayı sürətlə artmaqdadır. Əvvəllər bunun əsas səbəbi kimi ailədə övladın dünyaya gəlməməsi göstərilirdi. Getdikcə bu səbəbmi, yoxsa bəhanəmi ikinci plana keçir. Elmin sürətlə inkişaf etdiyi müasir dövrümüzdə sonsuzluq bir problem kimi aradan qaldırılır.
    Bəs onda gənc ailələr niyə dağılır? Tariximizə nəzər salsaq görərik ki, Azərbaycan ailəsində kişinin özünə məxsus nüfuzu, hörməti və yeri olsa da, ailə qayğılarının ağırlığı əsasən qadınların üzərinə düşür. Qadın bir növ cəmiyyətin kiçik özəyi sayılan ailənin memarı və burada böyüyən uşaqların gələcəyinin istiqamət vericisidir.
    Yaxın keçmişimizdə, sovet dönəmində rayonumuzun kəndlərində yüzlərlə, minlərlə ailə vardı ki, burada 8-10, hətta daha çox uşaq böyüyürdü, ananın heç bir ali təhsili yox idi, ancaq övladlara həm ali təhsil vermişdilər, həm də cəmiyyətə yararlı, mənəvi cəhətdən saf insan kimi yetişdirmişdilər. Bu gün də həmin insanlarla görüşəndə analarını böyük məhəbbətlə xatırlayaraq deyirlər: “O vaxtdan 50-60 il ötüb, amma bizim üçün yenə də sirdir ki, anamız bu işlərin öhdəsindən necə gəlirdi? Hər səhər tezdən durub təndirə çörək bişirmək, heyvanları rahatlayıb sağmaq, pambıq tarlasında məhsul toplamaq və s”.
    Bu işləri görməklə yanaşı, həmin analar o böyük ailədə hər bir uşağa xüsusi qayğı və məhəbbətlə yanaşmağa da vaxt tapırdılar. Onların uşaqlara əsəbiləşdiyini, səsini qaldırdığını nadir hallarda görmək olurdu. İndi məişətimizin bu qədər rahat olduğu, qadınların asudə vaxtının artdığı bir zamanda nəyə görə bəzi gənc analar ailəsilə məşğul olmağa vaxt tapmırlar? Ailədə boşluqlar nədən yaranır? Fikrini başqa yerə yönəldən qadın onun səhvi ucbatından gələcəkdə körpələrini nələr gözlədiyi barədə düşünmürmü?
    Uşaqlıq illərindən rus yazıçısı L.Tolstoyun “ An-na Karenina” romanında ərinə xəyanət etmiş qadının özünü qatarın altına atması səhnəsi yadımda qalıb. Demirəm ki, səhvi olan müasir qadınlar da özlərini qatarın altına atsınlar. Ancaq, əlinə telefon alıb ailəni pis vəziyyətə qoymazdan əvvəl fikirləşsinlər: “Görəsən, bu yol məni hara aparacaq?”

    Svetlana Bağırova

     

    Müəllif: Redaktor, 12:52

İsmarıclar bağlıdır.