Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Fev

    Vətən torpağı uğrunda canından keçən, xalqının xoşbəxtliyini öz doğmalarının xoşbəxtliyindən uca tutan hər bir şəhidimiz bizim qürur yerimiz, fəxrimizdir. Aylar, illər kecəcək, nəsillər dəyişəcək, ancaq bu oğulların əziz xatirəsi heç zaman unudulmayacaq. Ona görə də bu gün üzərimizə düşən vacib məsələlərdən biri qəhrəmanlarımızın gənc nəsilə tanıtdırılması, onların hər birinin həyat yolunun öyrədilməsidir. Bu məqsədlə rayon icra hakimiyyəti tərəfindən müntəzəm olaraq müxtəlif tədbirlər keçirilir. Bu günlərdə belə tədbirlərdən biri “Azərbaycan Bayrağı” ordenli Mehrac Mahmudova həsr olunmuşdur. Şəhidin doğum günü münasibəti ilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin, rayon içtimaiyyətinin nümayəndələri, qəhrəmanın döyüş yoldaşları, ailə üzvləri iştirak ediblər.

    Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra qəhrəmanın doğulduğu Səhlabad kəndindəki şəhidlər abidəsinin önünə tər gül dəstələri qoyulub.
    Tədbirdə Mehrac Mahmudovun şərəfli həyat yolunun səhifələri vərəqlənib. Qeyd olunub ki, Mehrac Mahmudov 1958-ci il yanvar ayının 17-də Tərtər rayonunun Səhlabad kəndində anadan olub. Orta təhsilini həmin kənd orta məktəbində alıb. 1977-1979-cu illərdə Sovet Ordusu sıralarında Xabarovsk şəhərində hərbi xidmətdə olub. Texnologiya institutunu bitirib. 1980-ci ildə sərbəst güləş üzrə «Usta» normasını yerinə yetirib.
    Əvvəllər Narçılıq sovxozunda fəhlə, Qarabağ hadisələri başlayan vaxt isə Tərtər İctimai İaşə Birliyində işləyən Mehrac erməni işğalçılarına qarşı vuruşmaq üçün könüllü olaraq qardaşı Arifin xidmət etdiyi “Tərtər Özünümüdafiə batalyonu”na gəlmişdir. 1992-ci il fevral ayının 26-da Xocalı hadisəsi zamanı “Tərtər Özünümüdafiə batalyonu” Seysulan və Yarımca kəndlərinə ilk hücum etdiyi vaxt o, batalyona rəsmi qəbul edilmədiyi halda, hərbçilərlə birlikdə bu döyüşdə xüsusi fəallıq göstərmişdir. Sonradan 2 aprel 1993-cü il tarixdə çavuş rütbəsi ilə həmin batalyonun şəxsi heyətinə daxil edildi. Bundan sonra hərbi fəaliyyətini daha da genişləndirərək, Ağdərə bölgəsində Levonarx, Akop-Kamari, Qırmızıkənd, Daş karxanası adlanan yerlər uğrunda gedən döyüşlərdə düşmənin bir neçə texnikasını və canlı qüvvəsini şəxsən məhv etmişdir. 1993-cü il sentyabr ayında Mehrac Mahmudov N saylı hərbi his-səyə dəyişdirilib və Ağdam bölgəsində gedən döyüşlərdə şücaətlər göstərib.
    23 aprel 1994-cü il tarixdə Ağdam rayonunun İlxıçılar kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur. O, ölümündən sonra, 1998-ci il iyun ayının 24-də torpaqlarımızın erməni işğal-çılarından müdafiə edilməsində göstərdiyi xüsusi xidmətlərinə, şəxsi igidlik və şücaətinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
    24 may 2016-cı ildə Tərtər şəhərindəki küçələrdən birinə Mehrac Mahmudovun adı verilib.
    Tədbirin sonunda qəhrəmanın oğlu Ziya Mahmudov şəhid ailələri adından onlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əli-yevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.

     

    Müəllif: Redaktor, 13:30

İsmarıclar bağlıdır.